İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə ən çox cərrahi əməliyyat bu mərkəzdə olub

1261 14.12.2023 11:16 Səhiyyə A A

"İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır".

Musavat.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Z.Əliyevin sözlərinə görə, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı illər üzrə artıb:

"Nəzərə alınmalıdır ki, 2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb. Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır. Göstəricilər onu bildirir ki, vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olur. Biz buna çalışırıq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR