İnsanlara hürriyət, millətlərə istiqlal!

19 sentyabr hərəkatı ...davam edir: bizə sülh lazımdır, müqavilə olmasa da...

2175 03.03.2024 11:57 Yazarlar A A
İlk yayımlanma: 01:30

Bizə sülh müqaviləsi lazımdırmı? Onun gecikməsi Azərbaycana çoxmu zərər edir?

Ötən il bu zamanlar, ya da lap elə 44 günlük müharibə bitən kimi Rusiyanın, AB-nin, ya da bir qrup dövlətin qarantorluğunda sülh müqaviləsi imzalasaydıq, bu gün regionda və Qarabağda vəziyyət necə olardı?

Öz fikrimi dərhal deyim: tamamilə fərqli bir gerçəklik ssenarisi yaşanardı!

Hətta ötən ilin hər hansı ayında Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansaydı, biz 19-20 sentyabr 2023-cü ildə o möhtəşəm antiterror tədbirini həmin möhtəşəmlikdə və miqyasda edə bilməyəcəkdik!

İndiki kimi, ermənisiz, təmiz Qarabağ olmayacaqdı!

Toxumluq zərərvericilər "tarlada" qalmaqda davam edəcəkdi...

Təsəvvür edirsiz, keçən il bu zaman Laçın postumuz, Həkəri çayı üzərindəki sərhəd - buraxılış məntəqəmiz qoyulmamışdı, "Laçın dəhlizi"nə Rusiya nəzarət edirdi, Xankəndidə erməni qaynayırdı; Vardanyan hədələyici bəyanatlar səsləndirirdi; Arutyunyan revanşdan və gələcək qələbələrdən danışırdı; Fransa BMT TŞ-yə məktublar yazır, iclas çağırırdı; ABŞ senatorları bizi sanksiyalarla hədələyirdi...

Ötən ilin fevralında sülh imzalasaydıq, orda qarantor dövlətlər sırasında Minsk Qrupu üçlüsü və AB olacaqdı!

Böyük ehtimalla, İran da siyahıda yer alacaqdı...

Ən yaxşı halda, biz də Türkiyəni əlavə edəcəkdik...

Yəni Qarabağın əhəmiyyətli hissəsinə müdaxilə və kontrol imkanları böyük güclərdə olacaqdı...

Bizə münasibəti yaxşı olmayan, ermənipərəst güclərdə - səlibçilərdə!

Heç şübhəsiz, erməni sakinlərin bir qismi Xankəndində, Əskəran, Xocavənd və Ağdərədə qalacaqdılar...

Onlarla bərabər Azərbaycana çeşidli güclərin, təşkilatların təsir rıçaqları da mövcudluğunu saxlayacaqdı.

Şimal qonşumuzun ordusu "Laçın dəhlizi"nə, gediş-gəlişlərə hələ də nəzarət edəcəkdi.

Fransa, Amerika, AB, BMT Qarabağa MİSSİYA göndərmək üçün iclaslarda özlərinə əl qatacaqdılar.

Bizim ərazimizdə, sərhədlərimizdə Fransa - Rusiya çəkişməsi başlayacaqdı...

Parisin, Strasburqun merləri Xankəndiyə girmək üçün "humanitar yardım"larla İrəvana gələcəkdilər, oradan da Gorusa...

Avropa İttifaqı ilə ortaq reinteqrasiya proqramımıza start verməyə məcbur qalacaqdıq.

Kim vətəndaş olsun, kim olmasın...

Humanitar ərzaq haradan gəlsin, haradan keçsin...

Ərazidə manatmı, drammı, rublmu işləsin?

Kim qaz, kim işıq, kim un ...versin...

Hər cür mübahisələr sürəcəkdi...

Arutyunyan, Vardanyan, Qukasyan ...orada qalacaqdı və qorunacaqdılar...

Bir sözlə, biz ağıllı, qarşı tərəf axmaq davrandı.

Onlar gərək dərhal sülh müqaviləsi imzalayaydılar...

Ən böyük diplomatik uğurumuz da bu idi - elə bir kütləvi alqı (qənaət) formalaşdırdıq ki, sanki sülh müqaviləsi məhz Azərbaycan üçün həyatidir, olmazsa - olmazdır, daha çox bizə lazımdır...

Hiyləgər Paşinyan durumu anladı, danışdı, müxalifətə təpindi; təşəbbüs göstərdi: lakin cəmiyyətin və vəziyyətin divarlarını aşa bilmədi...

Ermənilər və onların səlibçi dəstəkçiləri Vətən müharibəsi qədər də bu möhtəşəm diplomatik əməliyyatda uduzdular...

Əməliyyatımız, doğrudan da, o dərəcədə möhtəşəm və mükəmməl(dir) idi ki, Ermənistanla bərabər, ölkəmizin bir çox insanı, politoloqu, jurnalisti də inandı: sülh müqaviləsi imzalamaq ilk sırada bizə lazımdı...

Ordinar təfəkkür hələ də bu "alqı gerçəyi"nin ardınca yürüyür...

Bir çoxu isə "rol bölgüsü" icabı bunu icra edir...

Bu da əməliyyatın bir parçasıdır - hər şey inandırıcı və caydırıcı olmalıdır!

Nəticəyə baxsaq, mahiyyət 2 dəqiqədə açılır:

- Sülh müqaviləsi imzalamadan əldə etdiyimiz nəticələr sülh müqaviləsi ilə əldə edə biləcəklərimizdən fantastik dərəcədə yüksəkdir, miqyaslıdır, yaxşıdır.

"Sülh müqaviləsi" dediyimiz bir prosesdir: sahə savaşının davamıdır: biz onu da udduq!

İmza atma törəni, ratifikasiya bu prosesin ən son aşamasıdır; əməliyyat bitməyincə, sahədəki savaşın davamı olaraq yarımçıq qalan işlər tamamlanmayınca üzərinə hansısa mətnlər yazılmış kağız parçasının imzalanması mühüm deyil; lazım da deyil!

Ötən ilin fevralı üçün də, sentyabrı üçün də belə idi.

Bəs indi?

Qarşıda hələ 8 kəndimizin məsələsi var; ermənilərin axmaq iddiaları var: sərhədlərin qeyri-müəyyənliyi fonunda yaranmış imkanlardan maksimun istifadə perspektivi var, ən əsası da ... Zəngəzur dəhlizi var...

Bəli! Sülh istəyək, sülh tələb edək, sülh gündəmini biz yaradaq; cəmiyyət də sülh tələb etsin, politoloqlarımız da bunu müdafiə etsinlər...

Bizə gerçəkdən də sülh lazımdır...

Müqaviləsi sonra da olar...

O kağızı imzalamağa hələ tələsməyək...

*
verilen.jpg (124 KB)

2 mart tarixində ARB 24-ün "Peşəkar mübahisə" layihəsində bunlardan danışdım.

Moderator xanım hər şeyin fərqində idi; verilişi diqqətlə və hövsələ ilə izləyənlər bunu görəcəklər...

Opponentim razı qalmadı, ciddi mübahisəmiz oldu, dedi: "mən buraya mübahisə etməyə gəlməmişəm". Dedim: "verilişin adını oxumamısızmı? Biz buraya məhz mübahisə etmək üçün dəvət olunmuşuq..."

Dedi...

Dedim...

Buyurun, izləyin, siz də qənaətinizi və tərəfinizi bəlli edin...

Mənim düşüncəm, anladığım həqiqət, müşahidə etdiyim sürəc budur!

Danışdım və yazdım...

Derim ki:

Elə tarixi fürsətlər yetişib ki, bundan maksimum və cəsarətlə, həm də yumşaq, ya da qaba güc fərqi olmadan, faydalanmaq lazımdır...

1000 ilin fürsəti...

19 senytabr hərəkatı davam edir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR