İnsanlara hürriyət, millətlərə istiqlal!

XƏDİCƏ İSMAYILIN RAMİL SƏFƏROV HAQDA FİKİRLƏRİ QALMAQAL YARATDI...

26950 03.09.2012 09:27 Ölkə A A

Jurnalist öz səhifəsindəki müzakirələrdə “Ramil sizin qəhrəmanınız deyilmi?” sualına “yox, o, mənim qəhrəmanım deyil” deyə cavab verib.
Tənzilə RüstəmxanlıAzəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı X.İsmayılın R.Səfərovun həbsdən azad olunması ilə bağlı statusunu publika.az-a şərh edib. O deyib ki, bu, X.İsmayıldan gözlənilən hərəkətdir: “Xədicə İsmayıl söz sahibidirsə, Azərbaycanın bayrağının qürurunu qoruyan Ramilə yox, minlərlə azərbaycanlının qanını tökən ermənilərə cani desin. Ramilə cani deməyi Xədicə İsmayılın mahiyyətini bir daha ortaya qoyur. Bu məqamda da onun mövqeyi ermənilərlə üst-üstə düşür”.
Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı da X.İsmayılın dediklərinə eyni portalda münasibət bildirib: “Bu insanlar ermənipərəst qüvvələrin təsiri altındadır. Xədicə başa düşmürmü ki, dövlətin atributlarını qoruyan bir zabitin başqa bir dövlətin zabiti tərəfindən hər gün təxribata çəkilməsi, atributlarımızın təhqir olunması nə deməkdir? Müharibədə Ramil Səfərovun ailə üzvlərinin, qohumlarının şəhid olması onu belə bir addım atmağa məcbur edib. Ramilə ”qatı cinayətkar" prizmasından yanaşanlar ermənilərə xidmət edir. Məlahət İbrahimqızıƏfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, dövlət başçımız indiyədək Azərbaycan vətəndaşı olmayan yüzlərlə məhkumun ekstradisiyası ilə bağlı sərəncam imzalayıb. Mən Ramil Səfərovun ekstradisiyasına, daha sonra isə prezident tərəfindən əfv olunmasına bu cür münasibət göstərilməsini həmin adamların hüquqi bilgilərinin az olması və erməni diasporunun təsiri altında olmaları ilə əlaqələndirirəm. Ermənistan prezidenti Serj Sərkisyan fəxrlə deyir ki, Xocalı soyqırımında, təcavüzkarlıqda iştirak etmişəm. Yaxşı olardı ki, Xədicə İsmayıl Sərkisyanla bağlı açıqlamalar versin. Desin ki, Xocalı qurbanlarının qatili nədən prezidentdir, nədən ABŞ-da, Avropada yüksək səviyyəli görüşlərdə iştirak edir... Xədicə İsmayıl kimilərə deməyə söz tapmıram. Bu cür fikirləri ermənilərdən gözləyirik, nəinki Xədicə İsmayıldan. Qəbul edə bilmirəm ki, bu cür insanların etnik kimliyi azərbaycanlı ola bilər".
Şahvələd ÇobanoğluJurnalist Şahvələd Çobanoğlu isə “Yeni Müsavat”a açıqlamasında məsələyə tam fərqli yanaşdı: “Görmüşəm ki, Xədicə İsmayıl haqda böhtan xarakterli, qərəzli və urafaşist kampaniya aparılır. Bunu hakimiyyətin korrupsiya pulları ilə çıxan böhtançı qəzet və saytlar aparır. (Konkret sayt adı çəkir, lakin qarşı tərəfi danışdıra bilmədiyimiz üçün onun adını yazmırıq - müəllif) Halbuki o saytın olmasının özü cinayətdir, çünki xalqdan oğurlanan pullarla işləyir. Heç o da bilinmir ki, Xədicə xanım nə deyib, harada deyib. Xədicə xanım yazıb ki, niyə türmədə ermənilərlə döyüşlərdə olmuş insanlar var, onlar da buraxılmır. Bu, bir kampaniyadır. Əllərinə fürsət düşüb, qaralama, böhtan kampaniyasına başlayıblar. Yaltaqlıq üçün məqam tapıblar, hərə bir tərəfdən düşüb prezidentə təşəkkür edir. Bəli, hadisəyə fərqli yanaşmalar var. Çünki mülki vəziyyətdə qətl hadisəsi baş verib. Kimsə buna hüquqi baxımdan yanaşır, kimsə müharibə kontekstindən yanaşır. Amma səmimi adamların hamısı özünün fərqli yanaşması ilə Azərbaycanın xeyrini düşünür. Hamının olaya azad şəkildə yanaşmağa haqqı var, çünki hərə bir cür anlayır bu xeyri. İndi düşüb hamıdan rəy soruşub kimin xalq düşməni olduğunumu müəyyən edəcəklər? Onda o adamlar bilsin ki, İlham Əliyev də Ramil Səfərovu cinayətkar sayır, yoxsa əfv etməzdi, bəraət verərdi. Xədicə xanımın Ramil Səfərovu ”qatı cinayətkar" adlandırmasına isə heç yerdə rast gəlməmişəm. Qatı cinayətkar Azərbaycan hakimiyyətidir. Ramildən də siyasi şou kimi istifadə edirlər. Talanlarını davam etdirirlər. Odur ki, bu cür ləkələmə kampaniyası rədd edilməlidir. Xalqımızın bədbəxt erməni cəmiyyətindəki nifrət xəstəliyinə yoluxmasına imkan vermək olmaz".
Mehman Əliyev“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev məsələyə belə münasibət bildirdi: “Xədicə xanımın statusunda yazdığı onun öz fikridir, deyə bilər, bu, problem deyil. O ki qaldı bu məsələnin bayram kimi qeyd olunmasına, onun buraxılmasının bu şəkildə təqdim olunması düzgün deyil”.
Təbii ki, cəmiyyətdə çoxluq tamamilə fərqli fikirləşir. Qəzetimizdəki yazılara verilən şərhlərdən, “fb”-dəki statuslardan da görünür ki, cəmiyyət əksəriyyətlə Ramil Səfərovun xilas olmasından sevinir, onu qəhrəman hesab edir və bu prosesdə əsas fiqur olan prezident Əliyevi təqdir edir. Biz bu yazıda azlıqda olan tanınmış vətəndaşlarımızın da arqumentlərini səsləndirdik ki, bütün rənglər tam olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR