PROKURORLUĞUN BİNASI QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB
Qeyd edək ki, bir neçə gün əvvəl əsgərin yaxınları mətbuat konfransı keçirərək özlərinin apardıqları müstəqil araşdırmalarını ictimaiyyətin diqqətinə çatdırıblar: “Əsgər İbayevin daxili orqanları çıxarılaraq İranın Culfa şəhərindəki klinikalardan birinə aparılıb. Bu söz-söhbətlər olan zaman həmin klinikanın həkimlərindən biri Naxçıvanın hərbi prokuroru Yaşar Həsənovla Şərurda görüşüb, məsləhətləşmələr aparıblar. Həmin görüşdən sonra Həsənov Bakıya gələrək istintaqın cavabını ləngitməyə çalışıb. Hərbi prokuror bütün imkanlarından istifadə edərək bu hadisədə adının hallanmamasına çalışır”.
Yaşar Həsənov isə mərhum əsgər İsmayıl İbayevin orqanlarının satılması ilə bağlı ittihamlarla razılaşmayıb. Deyib ki, əsgərin meyitinin təkrar məhkəmə-tibbi müayinəsinin nəticələrinə əsasən valideynlərinin ərizəsində meyitin daxili orqanlarının çıxarılaraq satılması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb.