İnsanlara hürriyət, millətlərə istiqlal!

NİDA-çının imtina elədiyi vəkil danışdı

1938 18.08.2014 08:43 Ölkə A A

T.Hüseynova bildirib ki, R.Axundov təcridxanadan zəng edərək, öz qərarını bildirib: “Xahiş etdi, çatdırım ki, Elçin Sadıqova indiyə kimi göstərdiyi əməyə görə təşəkkür edir. Amma bundan sonra onun vəkilliyindən imtina edir”. T.Hüseynova musavat.com-a deyib ki, həyat yoldaşının bu addımı vəkilin dövlət başçısını dəstəklədiyi haqda bəyanatına görədir: “Başqa vəkil var”.

Hazırda ABŞ-da səfərdə olan vəkil Elçin Sadıqov isə musavat.com-a açıqlamasında NİDA-çının bu addımına belə münasibət bildirib: “Mənim vəkilliyimdən təkcə Rəşadət Axundov imtina edib. Təbii ki, bu, onun seçimidir. Amma hesab edirəm ki, o da ən azı mənim səfərdən qayıtmağını gözləməli idi. Hər halda görüşüb məni dinləyə bilərdi və belə tez qərar qəbul etməyi məni təəccübləndirdi. Mən onun hüquqlarının müdafiəsi üçün az iş görməmişəm”.

NİDA-çının imtinasının bir müddət əvvəl vəkilin özünün verdiyi bəyanatla bağlı olduğunu istisna etməyən E.Sadıqov deyib ki, onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır: “Amma vəkillə müdafiə etdiyi şəxslərin şəxsiyyəti qanuna görə eyniləşdirilə bilməz. Mən heç vaxt partiyalı olmamışam. Həmişə öz müstəqilliyimi qorumuşam. Hər kəsin fərqli düşüncəsi ola bilər təbii. Biz çalışmalıyıq ki hər kəsin fikrinə hörmət edək. Mən həmişə demişəm ki, vəkilin siyasi mənsubluğu bir yana, amma vəkil çalışmalıdır heç bir işdə özünü tərəfə çevirməsin.
Təbii ki bəzi işlərdə qanunsuzluqlar o həddə çatır ki, qanunsuzluqları ən kəskin ifadələrlə təkzib etmək də az olur.

Ancaq belə işlərdə də mən çalışıram ki, əsəbiləşməyim və soyuqqanlıqla qanunsuzluqların hamısını ifşa edə bilim.

Fərqli fikrə qarşı bu qədər təqibi, açığı, demokratlardan heç gözləmirdim".
O, həmçinin, jurnalist Xədicə İsmayılın hazırda vəkili olmadığı halda, o, vəkildən imtina etdiyini bildirib: “Xədicə xanımın indi vəkili deyiləm. Olmayan vəkildən o necə imtina edib, bilmirəm. Ona böyük hörmətim var. Onun bütün işlərini artıq tükəndirmişik və artıq iş Avropa Məhkəməsindədir. Bu qədər işi apardıqdan sonra imtina olur?”
Qeyd edək ki, E.Sadıqovun işlədiyi Media Hüquqları İnstitutu fəaliyyətini dayandırmaq üzrədir. Vəkil deyib ki, bundan sonra fəaliyyətini müstəqil şəkildə davam etdirməyə çalışacaq.

Xatırladaq ki, vəkil E.Sadıqov bir neçə gün öncə siyasi məhbus siyahısı müzakirə olunan zaman bildirib ki, o, həmişə prezident İlham Əliyevin siyasətini dəstəkləyib. Bu açıqlama və bəyanat ictimai və siyasi sferada birmənalı qarşılanmayıb.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR