HÜQUQ MÜDAFİƏÇİLƏRİ ORDUDAKI VƏZİYYƏTDƏN NARAHATDIR
Bizim ordumuz belə olmamalıdır. Onların görmək istədikləri ordu belədir. Bu günə kimi əsgər ölümlərinə görə bir zabit belə məhkəməyə verilməyib. Dustaqların vəziyyətinə nəzarət etmək daha asandır, nəinki əsgərlərə".
L.Yunus NATO üzvü ölkələrində orduya ictimai nəzarət olduğunu söylədi: “Bizdə Ələkbər Məmmədov orduya ictimai nəzarət fəaliyyətindədir. Artıq ona təzyiqlər başlanıb. Mayor Rasim Əliyev iddia ərizəsi qaldırıb ki, hüquq müdafiəçilərini susdursunlar. Biz xahiş edirik ki, iddia ərizəsini geri götürsün. Çünki heç bir əsası yoxdur. Ələkbər müəllim ölən əsgər Pərviz İsgəndərlinin məsələsini ictimailəşdirib. Valideynləri övladlarının daxili orqanlarından istifadə edildiyini iddia edirlər. Müstəqil ekspertiza və istintaq tələb edirlər.
Əgər burada cinayət yoxdursa, niyə Rasim Əliyev hüquq müdafiəçisinə bu məsələyə görə təzyiq edib iddia qaldırır? Bununla nəyə nail olmaq istəyirlər?".
Hüquq müdafiəçisi onu da dedi ki, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutu hesabatla çıxış edəcək: “AŞ PA-da qətnamə keçmədi və hökumət yeni repressiyalara başladı. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun məhkəməsi gedir, prokuror ona 12 il istəyib. Hilal Məmmədovun işi qapalıdır və tam qanunsuz gedir. Vidadi İsgəndərli ilə Taleh Xasməmmədovu buraxdılar. İndi də Ələkbər Məmmədova təzyiq var. Bütün bu məqamlar hesabatda öz əksini tapacaq”.
Daha sonra hüquq müdafiəçisi Ələkbər Məmmədov dedi ki, ona qarşı olan iddia mülki iş olsa da, ona cinayət işi aça bilərlər: “Məni təzyiq altında saxlamaq istəyirlər. Mülki işi cinayət işinə də çevirmək olar. Əgər məhkəmə qərarı çıxsa və onu icra etməsək cinayət işi açıla bilər”.
Hüquq müdafiəçisi bildirdi ki, 12 yanvar aksiyasından sonra orduda müəyyən qayda-qanun yaradılacağı gözlənilirdi: “Amma ölkə rəhbərliyi çıxıb həmin aksiyada iştirak edənləri antimilli qüvvələr adlandırdı. Bu bir təzyiqdir. Hazırda əsgər Pərviz İsgəndərlinin işi ilə bağlı istintaq getmir. Əsgər Elşən Novruzovun anası Sərvi xanım oğlunun ölümünü ictimailəşdirdi. Xanlar Vəliyev qəbul etdi və işə yenidən baxılmasına qərar verdi. Qeyri-rəsmi və mətbuatda çıxmış məlumata görə, orduda 2 mindən yuxarı qeyri-döyüş vəziyyətində ölən, 3 minə yaxın yaralı, 5 minə yaxın sıradan çıxmış hərbçi olub. Hər il orduda 50-60 itki idisə, ötən il bu 100-ə yaxın oldu. Əsgərlərimiz çətinliyə dözmür deyənlər böyük səhv edir. Əsgərimiz çətinliyə dözür, təhqirə dözmür”.
Mərhum əsgər Pərviz İsgəndərlinin atası Cahan İsgəndərli sonda qeyd etdi ki, oğlunun işi ilə bağlı istintaq getmir. Onun sözlərinə görə, ötən ilin sentyabrında oğlunun hərbi xidmətdə olduğu Bərdə N saylı hərbi hissəyə gedib və məsələni aydınlaşdırmağa çalışıb. Hərbi hissənin həyətində olanda hərbi polislər gəlib və onu Bərdə Rayon Prokurorluğuna aparıblar. Burada onu şüşələri qırmaq, polisə müqavimət göstərməkdə ittiham edərək cinayət işi açıblar. C.İsgəndərli deyir ki, oğlunun qətli araşdırılmaq əvəzinə onu təzyiq altında saxlamaq üçün özünə cinayət işi qaldırılıb.