İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc fəalı dövlət idarəsində döydülər

2165 16.07.2013 19:02 Ölkə A A
Cəmil Hacıyevin sözlərinə görə, o, əvvəlcə yanvarın 26-da keçirilmiş  “İsmayıllıya dəstək” aksiyasında iştiraka görə həbs olunub. Səbayel rayon məhkəməsi onun maddi imkanlarını nəzərə almadan, həmin aksiyada iştiraka görə, 500 manat məbləğındə cərimə ilə cəzalandırıb. Ancaq Cəmil Hacıyev maddi imkanı olmadığından həmin məbləğı ödəyə bilməyib. Məhkəmə icraçıları onun yaşadığı evə gələrək onun ailəsinə məxsus əşyaları siyahıya alıblar.


Bundan sonra Binəqədi rayon məhkəməsində Cəmil Hacıyevin cəriməni ödəməməsiylə bağlı yeni məhkəmə prosesi keçirilib. Məhkəmə 500 manatlıq cərimə qərarını da qüvvədə saxlamaqla, Cəmil Hacıyevin cəriməni ödəmədiyinə görə onu 220 saatlıq ictimai işlərə cəlb edilməsi barədə yeni qərar çıxarıb.

Hökmün yerinə  yetirilməsi üçün Cəmil Hacıyev Binəqədi rayon məhkəməsinin icraçısı tərəfindən BKTB-yə yönləndirilib. Gənc fəal BKTB-nin Eyyub adlı hüquqşünasıyla 220 saatlıq ictimai işlərə cəlb olunması barədə məhkəmə qərarına əsasən görəcəyi işin müəyyənləşdirilməsi ilə bağlı razılıq alıb.

 

Ancaq Cəmil Hacıyev BKTB-yə gedərkən hüquqşünas başqa bir işlə bağlı  idarədə olmayıb və o, gözləməli olub. BKTB-nin bir neçə işçisi onun kimi gözləməsiylə maraqlanıb. Cəmil Hacıyev də gözləməsinin səbəbini onlara izah edib: “Mən BKTB-nin hüquqşünasını hansı səbəbdən gözlədiyimi onlara izah etdikdən sonra həmin şəxslər məni ələ salmağa başladılar. Gülüşüb, bir-birinə “Yeni sürürgəçi gəlib” və s. buna bənzər atmacalar atırdılar. Mən onlara cavab verib etiraz etdikdən sonra isə həmin şəxslər mənə qarşı ədəbsiz söyüşlər yağdırmağa başladılar. Bununla da ürəkləri soyumadı və BKTB-nin 4-5 nəfər işçisi üzərimə cumdular. Nəticədə onlarla mənim aramda qarşıdurma yarandı və mən həmin şəxslər tərəfindən döyüldüm. Həmin şəxslər məni döyərkən “Bu ölkə sizin kimilər üçün deyil” deyərək təhdid edirdilər. Bundan sonra mən DİN-yinin 102 saylı qaynar xəttinə zəng edərək BKTB-da olma səbəbini və başıma gələnləri danışdım. Ancaq nə qədər gözləsəm də polis orqanlarında mənim qaynar xəttə zəngimdə sonra heç kəs gəlmədi. Mən də öz təhlükəsizliyimi qorumaq üçün hadisə yerini tərk edib, evə qayıtmaq məcburiyyətində qaldım. Binəqədi rayon 4 saylı polis şöbəsindən Feyruz Məmmədov adlı şəxs isə mənə zəng vurub, izahat vermək üçün polisə çağırdı. İndi bütün bunlardan sonra 220 saatlıq ictimai işlərin yerinə yetirildiyi müddətdə mənim başıma daha nələrin gətiriləcəyini hələlik təsəvvür etməkdə çətiklik çəkirəm”.

Cəmil Hacıyev sonda onu da bildirdi ki, BKTB-də başına gətirilənlərlə bağlı  Baş Prokurorluğa və DİN-ə şikayət ərizəsiylə  müraciət etmək niyyətindədir.

 



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR