İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA-nın 20 İLLİK FƏALİYYƏTİNƏ “2” VERİLDİ

7007 27.03.2012 09:14 Ölkə A A
Lakin ümumiyyətlə qurum fəaliyyəti dövründə ölkə futbolunu inkişaf etdirmək, beynəlxalq arenada uğur qazanmaq kimi nailiyyətlərdən uzaq olub. Azərbaycanda uşaq futbolunun yaradılması, klublara dövlət dəstəyinin verilməsi, onların maddi-texniki bazasının formalaşdırılmasına kömək, milli komandanın inkişafı bu uzun illər ərzində mümkün olmayıb. AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv seçilib və bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb. Qurumun ilk prezidenti olan Fuad Musayev 1992-2003-cü illərdə ona rəhbərlik edib. O dövrdə Azərbaycan futbolu böhran keçirib, klublarla təşkilat arasında gərginlik yaşanıb. Klubların 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırması ilə pikə çatan gərginlik FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitib. 2003-cü il, dekabrın 29-da AFFA-nın VI hesabat-seçki konfransı keçirilib, yeni nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib. O, 2007-ci ildə vəfat edib. AFFA-nın 14 mart, 2008-ci ildə keçirilmiş növbədənkənar konfransında Rövnəq Abdullayev qurumun prezidenti seçilib. O, bu il martın 9-da heç bir alternativinin olmadığı seçkidə daha 4 illiyə quruma prezident “seçilib”.
AFFA bu 20 ildə ölkə futboluna nə verdi? Bununla bağlı bir neçə mütəxəssisin fikrini öyrəndik. "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov dedi ki, son 20 ildə Azərbaycan futbolu nəinki inkişaf etməyib, hətta geriləmə dövrünü yaşayıb: “1992-ci ildən 2003-cü ilədək quruma Fuad Musayev rəhbərlik etdi. Onun dövründə maliyyə çatışmazlığı problemi var idi. Musayevin diktator xasiyyətini bəyənməyən qüvvələr ona qarşı təxribatlar yaratdı. Nəticədə futbolumuz 2 il dayandı. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçiləndən sonra maliyyə problemləri aradan götürülsə də futbol əvvəlki səviyyədə qaldı. Bunun da səbəbi quruma rəhbərlik edənlərin səriştəsizliyi, futbola biganəlikdi. Yubileylə bağlı tədbirə gəlincə, Azərbaycan futbolunun yaranmasının 100 illik yubileyi də təntənə ilə qeyd olundu. İndi də 20 illik yubileyi qeyd edirlər. Ancaq yubileyin qapalı keçirilməsi, jurnalistlərdən gizli saxlanılması, məncə, bir növ utancaqlıq nümunəsidir. Çünki özləri də bilir ki, yubileyini qeyd etdikləri qurum Azərbaycan futboluna heç nə vermədi”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov isə 20 illik fəaliyyətə “2" qiymətini verdi: ”Hər şeydən əvvəl AFFA-nın 20 illiyi münasibətilə müstəqil futbol qurumumuzun yaradıcısı olan Fuad Musayevi və federasiyanın təsis olunmasında xidməti olan digər futbol veteranlarımızı təbrik edirəm. Yaxşı olardı ki, AFFA-da oturan bəzi yoldaşlar da futbolumuz üçün bu əlamətdar gündə onları yada salaydı. Çünki məncə, bu gün 20 illiklə bağlı ən böyük təbrik məhz bu insanlara düşür. 20 ildə Fuad Musayev, mərhum Ramiz Mirzəyev Rövnəq Abdullayevin AFFA-ya rəhbər olduğu dövrdə futbolumuzun inkişafı üçün hərə bir iş görməyə çalışıb. Bu haqda çox danışmaq olar, amma bir cümlə ilə desək, futbola ayrılan bu qədər pulun qarşılığında biz hələ də Biləcəridə ilişib qalmışıq. Yenə heç olmasa, Musayevin dövründə, futbolda pulun olmadığı bir vaxtda hərdən normal da olsa, nəticələr var idi. Bu mənada mən AFFA-nın ilk 10 ildəki fəaliyyətini son 10 ildəki fəaliyyətindən daha yaxşı sayıram. O vaxt xaricdə bizi təmsil edən ac milli komanda idi. Bəs son illərdəki tox Azərbaycan milli komandası nə edib, nəyə nail olub?! Yenə heç olmasa “Qarabağ” son 2-3 ildə normal nəticə əldə edib. Bu nəticə isə yalnız Azərbaycan futbolunun uğursuzluqlarının müqabilində uğur sayıla bilər. Yəni futboldakı nəticələrimiz bu idman növünə ayrılan külli miqdarda pula adekvat deyil. Məncə, bu qədər vəsaitin qarşılığında heç olmasa klublarımızdan bir-ikisi Avropa kuboklarında qrup mərhələsində oynamalı idi. Əgər bu da yoxdusa, onda son 20 ildəki fəaliyyəti bir qiymət verə bilərəm - “2".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR