ÖLƏN ƏSGƏRİN ATASINDAN DƏHŞƏTLİ AÇIQLAMALAR
İ.İbayev ailəsinin Cəbrayıldan qaçqın düşdüyü Biləsuvarda dəfn edilib. Ölümlə bağlı Müdafiə Nazirliyi rəsmi olaraq əsgərin avtomatdan yaxın məsafədən atəş açıb özünü güllələyərək intihar etdiyini bildirir. Amma əsgər ailəsi əsgərin daxili orqanlarının satılması məqsədilə qətlə yetirildiyini nəzərə çatdırır. Ailə əsgərin ölümünün intihar nəticəsində yox, qətl nəticəsində baş verdiyini bildirir.
Meyit torpağa qoyulmazdan öncə yuyularkən İ.İbayevin atası oğlunun daxili orqanlarının olmadığını görüb. Bundan sonra ailə meyitin ekshumasiya olunmasını tələb edib. Hərbi Prokurorluğa müraciət edərək faktın araşdırılmasını istəyib. Ekspertlərin iştirakı, valideyn və qohumların gözü önündə meyitin dəfninin 39-cu günü ekspertiza keçirilib. Amma ekspertlər nə üçünsə “daxili orqanların çürüməsi” kimi rəy verib. Ekspertiza keçirilən zaman Biləsuvar polisi qəbiristanlığa yeridilib. Həm də ekspertizadan dərhal sonra polis əməkdaşları qəbrin üstünü sementlə qapatmaq istəyib. Amma əsgərin yaxınları buna imkan verməyib. Onlar mətbuat konfransında cinayətin üstü açılana kimi neçə dəfə lazım olacaqsa, ekshumasiyaya hazır olduqlarını söyləyib.
Valideynlər ekspertizanın verdiyi rəyi əsassız sayıblar. Onların fikrincə, bütün bu saxta rəylər məhz qətl, daxili orqanların çıxarılması faktını ört-basdır etmək üçündür. Valideynləri deyib ki, övladının daxili orqanları satılmaq üçün çıxarılıb. Mətbuat konfransında əsgərin anası deyib ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Quliyev və rayon səfərbərlik idarəsinin başçısı susmaları üçün ailəyə rüşvət təklif edib.
Telefonla Fransadan konfransa qatılan Rahim Namazov adlı şəxs vaxtilə Naxçıvan hərbi prokuroru Yaşar Həsənovun sürücüsü olduğunu deyib. R.Namazov əsgərlərin daxili orqanlarının çıxarılması kimi faktın ilk dəfə baş vermədiyini söyləyib. Y.Həsənov bir neçə il öncə kefli halda R.Namazova “dünən yata bilməmişəm, filan əsgər yuxuma girib, ”böyrəklərimi ver" deyirdi, elə bil itdir iy bilir ki, böyrəkləri məndədir" - deyə bildirib. Gəncədə xidmət etmiş Spartak adlı zabitin də belə tale yaşadığını nəzərə çatdırıb. Azərbaycanın adının “qara transplantasiya” məsələsində beynəlxalq miqyasda hallandığını deyən Namazov baş verənləri bu şəbəkənin əməli kimi dəyərləndirib (“Turan”).