İnsanlara hürriyət, millətlərə istiqlal!

“YouTube” istifadəçilərə bu videolara baxmağı qadağan etdi

1902 01.11.2023 20:28 Texnologiya A A

“YouTube” istifadəçilərə reklam blokerləri olan videolara baxmağa qadağan edib.

“YouTube” video hostinqi reklam blokerləri ilə mübarizə üçün dünya miqyasında kampaniyaya başlayıb.

“YouTube” kommunikasiya meneceri Kristofer Lotton bildirib ki, platforma bütün dünyada istifadəçiləri reklama icazə verməyə və ya ödənişli “YouTube Premium” abunəliyini sınamağa təşviq edən kampaniyaya start verib. Video hostinq nümayəndəsi qeyd edib ki, reklam blokerlərindən istifadə “YouTube” qaydalarını pozur.

Bu cür xidmətlərlə videolara baxarkən istifadəçi sonrakı oxutmanın bloklandığı barədə bildiriş ala bilər.

“YouTube” sizdən reklam blokerinizi deaktiv etməyinizi və ya istisnalar siyahısına video hostinq əlavə etməyinizi xahiş edəcək. Alternativ olaraq istifadəçiyə videoları reklamsız izləməyə imkan verən ödənişli “YouTube Premium” abunəliyinə yüksəltmək təklif olunacaq.

“YouTube”dan reklam bloklayıcı bildirişləri alacaqsınız. Ancaq siz yenə də videoya baxa biləcəksiniz. Qeyd edilir ki, videohostinq bu ilin əvvəlində analoji şəkildə reklamların bloklanması ilə mübarizə aparmağa başlayıb. Ancaq sonra “YouTube” yeniliyi kiçik bir təcrübə kimi təsvir edib.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR