İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"da yeni funksiyalar tətbiq edilib

5880 07.11.2023 11:04 Texnologiya A A

"WhatsApp" istifadəçilərini növbəti dəfə yenilikləri ilə sevindirib.

Messencer indi profilinizi e-poçt vasitəsilə qorumaq imkanına malikdir.

"Android" tətbiqinin beta versiyasındakı son yeniləmələr istifadəçilərə e-poçt vasitəsilə öz hesablarını yoxlamaq imkanı verir.

Bu yenilik istifadəçilərin şəxsi məlumatlarının mühafizəsini gücləndirmək və hesablara icazəsiz girişin qarşısını almaq məqsədi daşıyır.

Funksiya hazırda 2.23.24.10 versiyasından istifadə edən məhdud sayda beta testerləri üçün əlçatandır. Bu da "WhatsApp"ı daha etibarlı və ünsiyyət üçün rahat edir.//Baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR