İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"da süni intellektlə bağlı YENİLİK - FOTO

3694 17.11.2023 19:06 Texnologiya A A

"WhatsApp" messencerinin beta versiyasında indi süni intellektə əsaslanan yazışmanı işə salmaq üçün düymə mövcuddur.

Bu barədə məlumat "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik messencerin "Android" üçün 2.23.24.26 nömrəli beta versiyasında müşahidə edilib.

İndi "Söhbətlər" pəncərəsində yeni dialoq yaratmaq üçün düymənin üstündə AI ilə söhbətlərə start verən kəsə yol var.

Üstəlik, hazırda yalnız məhdud sayda istifadəçinin süni intellektlə söhbətlərə girişi mümkündür.

Xatırladaq ki, "WhatsApp" generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR