İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan Nobel Sülh Mükafatına namizəd göstərildi

4435 08.04.2024 13:01 Son xəbər A A

Bakıda həbsdə olan separatçı Ruben Vardanyan xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun namizədliyi bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunub.

Vardanyanın ofisi məlumatı təsdiqləyib. 

“Nüfuzlu şəxslər Ruben Vardanyanı bu yüksək mükafata nəinki Ermənistanda, hətta bir sıra ölkələrdə beşə yaxın yeni və analoqu olmayan təhsil, xeyriyyə, elm və humanitar strukturların yaradılması və dəstəyinə görə irəli sürüblər”, - deyə erməni revanşistin ofisindən bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR