İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna deputatları Vardanyanın Nobel mükafatına namizəd göstərilməsindən qəzəbləndi - Kiyevə ekstradisiyasını istədilər

1115 24.04.2024 17:13 Siyasət A A

Ukrayna Ali Radasının 18 deputatı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə etiraz edib.

Musavat.com-un Minval.az-a istinadən xəbərinə görə, deputatların müraciətində deyilir ki, Ruben Vardanyan “Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir və dəstəkləyir”.

Ukraynalı deputatlar həmçinin göstərirlər ki, “2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Ruben Vardanyana qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıb” və hələ 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü Vardanyana qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib.

6628cc369c0406628cc369c041171394.jpg (161 KB)

Ukrayna qanunvericiləri xatırladırlar ki, bir sıra beynəlxalq media, o cümlədən “Politico”, “Townhall”, “The Washington Times”, “The Hill”, “Al-Jazeera” Vardanyanı “Kreml adamı” kimi təqdim edir. Maraqlıdır ki, Vardanyanın Nobel mükafatına namizədliyi barədə ilk məlumatı Rusiyanın RBC agentliyi yayıb. RBC-nin daxil olduğu media holdinq Avropa İttifaqı və Böyük Britaniyanın da şəxsi sanksiyaları altında olan rusiyalı oliqarx Qriqori Berezkinə məxsusdur.

Ukrayna Ali Radasının deputatlarının vurğuladığı kimi, “biz terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiyanın postsovet ərazilərində təcavüzünün sponsoru olan bu adamın Sülh Mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. O, Ukraynanın düşmənidir. Biz Nobel Komitəsini Vardanyanın əlaltılarının müraciətini rədd etməyə çağırırıq, çünki cinayətləri sübut olunmuş şəxsin sülh işinə xidməti mümkün deyil. O, dərhal Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR