İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 15 iyul hadisələrinin canlı şahidi elə şeylər danışdı ki... “Maşını gülləboran etdilər...”  

1478 15.07.2023 14:02 Müsahibə A A

 

15 iyul 2016-cı il Türkiyə Cümhuriyyətinin tarixinə qara ləkə kimi düşdü. Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuları dövlət çevrilişinə cəhd etdilər. Türkiyə millətinin və dövlətinin birgə müqavimət və mübarizəsi nəticəsində xain çevriliş cəhdinin qarşısı alındı. Təqvimdə 15 iyul olduğunu nəzərə alsaq, biz də Musavat.com olaraq, Türkiyənin Ankarada yerləşən “Vətən Qaziləri və Şəhid Qohumları Cəmiyyətin”in sədri Yaşar Gücənməzlə söhbət etdik. Türkiyəli qazi o dəhşətli gecəni belə xatırlayır:

"Həmin gün erkən yatdım, səhər saat 9:30 radələrində qardaşımın zənginə oyandım. O, Silahlı Qüvvələrin Baş Qərargahına 5 terrorçunun daxil olduğunu dedi. İnanmadım, çünki 5 terrorçu o qədər mühafizəsi güclü olan o binaya girə bilməzdi. 

Televizoru açdım, körpünün əsgərlər tərəfindən tutulduğunu gördüm, ilk ağlıma gələn də o oldu ki, axı, əsgərin körpünü bağlamaq ixtiyarı yoxdur. Bağlasa, polis bağlayar. Kanalları çevirib, çevrilişə cəhdlə bağlı xəbərləri gördüm. Dəstəmaz aldım, namaz qıldım və getdim. Mən Yenimahalledə yaşayıram, məhəllənin yuxarısında Şentəpə var, gördüm ki, camaat ora tərəf axışır, az qala sel kimi idi, hamının əlində bayraq var idi. Dostlarla qərar verdik ki, Ppolis binasına tərəf gedək. Yollar bağlı idi, maşını körpünün altında qoyub keçmək istəyirdik ki, həmin an bombanı polis şöbəsinə atdılar. Ankara polis şöbəsinin qarşısına gəldik. Binanın qarşısında dayanan polis “hər şey bizim nəzarətimizdədir, siz evlərinizə qayıdın" - dedi, etiraz etdik, “necə sizin nəzarətinizdədir, polis binasını bombalayırlar”- dedik. Bu zaman əsgərlər atəş açmağa başladılar.

WhatsApp Image 2023-07-15 at 13.27.57 (1).jpeg (162 KB)

Biz də silahsız, yerdən daş götürməyə çalışırıq, amma hər yer beton olduğundan heç nə ala bilmirik. Əsgərlər bizə atəş açmağa başlayanda ayaqlarımda bir istilik hiss etdim, amma yenə də qəbullana bilmədim ki, mənim  əsgərim məni vura bilməz, yəqin bizi qorxutmaq və dayandırmaq üçün rezin güllələrdən istifadə edir. Ayağıma baxdım, ayağımdan qan axırdı, sonra anladım ki, əsgərlər bizə qarşı əsl güllələrdən istifadə ediblər.  Dostuma zəng etdim, gəlib məni tapdı. Yolu keçərkən təcili yardım gəldi. Yerdə yatmış biri var idi, onu təcili yardıma aparmaq istəyəndə təcili yardımı gülləbaran etməyə başladılar. O qədər atəş açdılarki, təcili yardım maşını qaçdı və o yerdə yatan adam yəqin ki, dünyasını dəyişdi".

Yaşar Gücənməz deyir ki, xəstəxanalarda insan əlindən tərpənmək olmurdu. FETÖ tərəfdarı olan qəddar həkim heyəti yaralılarla insan kimi rəftar etmirdilər.

"Qardaşımın işlədiyi xəstəxanaya gəldik, bizə dedilər ki, yer yoxdur.

Qardaşım etiraz etdi, ondan sonra apardılar, amma qəribəsi odur ki, məni ortopediyaya yerləşdirməli olduqları halda amma  şəkildə urologiya xidmətinə apardılar. Ayağımı rentgenə saldılar və heç nə olmadığını dedilər. Səhiyyə nazirliyinə zəng etdim, lazımi tədbir görülməsini tələb etdim. Bu hadisələrdən sonra 8 ay yarım xəstəxanada qaldım.  FETÖ əsgərləri tərəfindən vuruldum, bundan əlavə xəstəxanadakı FETÖ həkimlərinin məsuliyyətsizliyinin də qurbanı oldum.

WhatsApp Image 2023-07-15 at 13.27.57.jpeg (134 KB)

FETÖ ilə bağlı yaşananların acı xatirəsi indi də ağlımızdan çıxmır.  Məhkəmələrdə iştirak edənlər çox azdır, halbuki Ankarada 1300, İstanbulda isə 1200 qazi var, ümumilikdə 972 qazi var. Mən "Qazilər və Şəhid Yaxınları Dərnəyi"-nin rəhbəri olaraq dərnəyi yaratdığımız gündən, hətta 2016-cı il iyulun 15-dən bu yana 15 iyulla bağlı hər bir işin içindəyəm. Bacardığımız qədər qazilərə və şəhid ailələrinə kömək etməyə çalışırıq və edəcəyik. 10-19 yaş arasında 25 şəhidimiz var. FETÖ tərəfdarları heç vaxt günahsız deyillər. Onların hər biri tam silahlanmış şəkildə gəldi və hamısı “Vur!” əmri ilə gəldilər. Bu halı yaşadıqsa, deməli, aramızda xainlər çox olub. Amma Allahın izni ilə son damla qanımıza qədər FETÖ-yə son qoymaq üçün əlimizdən gələni edəcəyik və bu, bizim yeganə sözümüzdür”.   

Türkiyəli qaziydən yarasının vəziyyətini və hansısa irəliləyişin olub-olmadığını soruşduq. Qazi deyir ki, həm fiziki, həm mənəvi, həm də psixoloji olaraq ağrılar hələ də davam edir:

"İyulun 15-dən sonra bir ilə yaxın həmin gecə ilə bağlı hallüsinasiyalar gördüm. Hər dəfə 15 iyulu xatırlayanda o hadisələri təkrar-təkrar yaşayıram. FETÖ tərəfdarlarının çevriliş cəhdləri arzuladıqları nəticəni vermədi. 15 iyul bizim üçün Miladdır.  Bu yolda canımızı verdik, qanımızı tökdük, xeyli sayda şəhidlər verdik. Allahın izni ilə Azərbaycan və Türkiyə Cümhuriyyətləri də daxil olmaqla bütün məktəblərdə FETÖ hadisələrindən bəhs edib, 15 iyul hadisələrindən danışmaq istəyirik. Qazilər və şəhid yaxınları birliyi olaraq planımız belədir və hazırda bu istiqamətdə işləyirik".

 

Dürrə Həsənova,
Musavat.com

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR