İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran ordusunun komandanı ABŞ-ı HƏDƏLƏDİ - VURACAĞIQ!

1556 14.04.2024 17:15 Dünya A A

“ABŞ İsrailin tərəfində münaqişəyə girərsə və İrana hücum edərsə, Yaxın Şərqdəki Amerika hərbi bazaları İran ordusunun hədəfinə çevriləcək”.

Musavat.com xəbər verir ki, bunu İran ordusunun komandanı, general-mayor Əbdülrəhim Musəvi deyib.

“Biz həmçinin Amerika liderlərinə xəbərdarlıq edirik ki, əgər onlar sionist rejimin tərəfində münaqişəyə müdaxilə etmək istəsələr, onların bütün maraqları və hərbi bazaları, xüsusən də bizə qarşı hücum məqsədilə istifadə olunanlar bizim əməliyyat hədəflərimiz hesab olunacaq”, - İranın “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.

Ordu komandanı əlavə edib ki, aprelin 1-də İranın Suriyadakı konsulluğunun atəşə tutulmasından sonra “beynəlxalq təşkilatlar sionist rejimi BMT Nizamnaməsinin 7-ci maddəsinə əsasən cəzalandırmalı idilər”, lakin onlar bunu etməyiblər və “səhlənkarlığa” yol veriblər. Bu mövzuda Tehran “İran xalqının universal tələbinə uyğun olaraq” cavab əməliyyatı həyata keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR