İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili! Göstəriş VERİLDİ - Qitələrarası ballistik raket...

2831 31.10.2023 13:30 Texnologiya A A

Amerikanın hərbi-sənaye korporasiyası “Lockheed Martin” ABŞ Müdafiə Nazirliyindən "Sentinel" qitələrarası ballistik raketi üçün döyüş başlığının istehsalına görə təxminən 996,2 milyon dollarlıq müqavilə alıb.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.

Layihənin 2039-cu ilin oktyabrında başa çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, 2024-cü ildə Pentaqon tədqiqat, inkişaf və sınaq üçün 26 milyon dollar ayıracaq.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların arsenalında olan əsas nüvə bombası "B61"in təkmilləşdirilmiş versiyasını hazırlamaq planlarını açıqlayıb.

Bildirib ki, modernləşdirməni Energetika Nazirliyi yanında ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi həyata keçirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR