İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt 5 il ərzində həyatımızı belə dəyişəcək - Məşhur milyarder ŞOK FAKTLARI AÇIQLADI VİDEO

2158 17.01.2024 11:32 Texnologiya A A

Məşhur milyarder Bill Qeytsin süni intellektlə bağlı iddialı olduğu heç kimə sirr deyil.

Musavat.com xəbər verir ki, o, texnologiyanın yaxın 5 il ərzində hamı üçün əlçatan olacağını proqnozlaşdırır.

Məlum olduğu kimi, süni intellektin dünyada yayılması milyonlarla iş yerlərinin bağlanması qorxusuna səbəb olub. Beynəlxalq Valyuta Fondu da bu həftə bildirib ki, süni intellektin yayılması dünya üzrə iş yerlərinin təxminən 40%-nə təsir edə bilər.

Bill Qeyts isə bu fikirlə tam razılaşmır. O, tarixin hər yeni texnologiya ilə birlikdə qorxu və ardından yeni fürsətlər doğuracağına inanır. Bill Qeyts hesab edir ki, süni intellektdən istifadə edərkən proqramçıların məhsuldarlığı 40-50% yüksək ola bilər. Milyarder əmindir ki, süni intellekt daha yaxşı proqram təminatı yaratmağa kömək edir.

Bill Qeyts: “Süni intellektin inkişafı üçgünlük iş həftəsinə keçməyə imkan  verəcək” - Tech.az

Bill Qeyts CNN-in aparıcısı Fərid Zəkəriyyəyə müsahibəsində süni intellektin hər kəsin həyatını asanlaşdıracağını proqnozlaşdırıb, xüsusən də həkimlərə sənədləri hazırlamaqda kömək etdiyinə işarə edib.

O bildirib ki, generativ süni intellektin yaranması bəzi sahələrdə insan məhsuldarlığında əhəmiyyətli irəliləyişlərə səbəb olub. Məsələn, proqramçılar səmərəliliyin 50%-ə qədər artdığını qeyd edirlər. Süni intellekt gündəlik kodlaşdırma tapşırıqlarının həllinin öhdəsindən yaxşı gəlir.

“ChatGPT” kimi generativ süni intellekt bəzi mütəxəssislərin məhsuldarlığını artırır, lakin onun tam miqyasda tətbiqi geniş tənzimləyici inkişaf tələb edir.

Bill Qeyts uşaqların oxuma və yazmanı süni intellekt sayəsində öyrənəcəklərini bildirib

Bill Qeyts həmçinin bildirib ki, süni intellekt hüquqi aspektlər baxımından inteqrasiyaya doğru uzun yol qət etməli olacaq.

Məşhur milyarder insanların süni intellekt tərəfindən yaradılan məzmunun 2024-cü il ABŞ seçki kampaniyasına mane olması ilə bağlı narahatlıqları barədə də danışıb. O bildirib ki, bu, mümkündür, lakin çox güman ki, süni intellektin seçki prosesinə təsiri əhəmiyyətsiz olacaq.

“Nəsə yazmaq lazım olduqda tez-tez süni intellekti işə salıram, proqramı yazdıqlarımı yenidən nəzərdən keçirməyə, sadələşdirməyə məcbur edirəm və bunun həqiqətən məhsuldarlığı artırdığını görürəm”, – deyə Bill Qeyts qeyd edib.

Bill Qeyts dünyadakı kasıblar üçün 8 milyard dollar xərcləyəcək - Günün Səsi

Məlumat üçün onu da bildirək ki, Bill və Melinda Qeyts Fondu bu il böhran və COVID-19 pandemiyasından sonra qlobal maliyyələşmənin kəsilməsi fonunda aşağı gəlirli ölkələrdə insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün 8,6 milyard dollar xərcləyəcək.

Bu barədə sözügedən fondun mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, maliyyə yardımına 2030-cu ilə qədər milyonlarla insanın həyatını xilas edə biləcək səhiyyə innovasiyalarına dəstək daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR