İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt Dövlət Universitetinə yeni prorektor TƏYİN OLUNDU

3232 28.03.2024 23:12 Ölkə A A

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

Musavat.com report.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr təhsili alıb.

2007-2009-cu ildə eyni universitetdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2023-cü ildən Təhsil İnstitutunun direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin noyabrında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.

“Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış edib. 6 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR