İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar Xocalıdakı əsas bazalarını tərk edir – Kamran Həsənli CANLIda

499 22.04.2024 16:01 Son xəbər A A

Rusiya sülhməramlıları Xocalıdakı əsas bazalarını da tərk etməyə başlayıblar.

Bu barədə Teleqram kanallarında görüntülər yayılıb.

Bununla paralel, Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edilib. Erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır. Erməni şərhçi yazır ki, mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik.

Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.

Bu və gündəmdəki bir çox xəbərlər aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR