İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Moskvadakı hücuma görə məsuliyyəti “İŞİD” üzərinə götürdü - YENİLƏNİB

2295 23.03.2024 01:40 Gündəm A A

İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.

Musavat.com AFP-yə istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.

Terror təşkilatı teraktı törətmə iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Bundan başqa, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev isə bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil.

Qeyd edək ki, "Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 140 nəfər olduğu  iddia edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR