İnsanlara hürriyət, millətlərə istiqlal!

Somali quldurları gəmini buraxmaq üçün bir xaral pul alıblar

370 14.04.2024 13:18 Dünya A A

Somali quldurları bir ay əvvəl ələ keçirdikləri Banqladeş yük gəmisi “Abdullah” üçün xərac aldıqdan sonra heyəti ilə birlikdə sərbəst buraxıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə gəminin sahibi olan Banqladeş konqlomeratı “Kabir Group”un nümayəndəsi Mizanul İslam məlumat verib.

“Quldurlar xərac aldıqdan sonra gəmini tərk etdilər. “Abdullah” hazırda Əl Hamriya limanına gedir. Ona çatmaq üçün təxminən bir həftə lazım olacaq. Dənizçilərin Banqladeşə necə daşınacağı ilə bağlı qərar gəmi Dubaya çatdıqdan sonra veriləcək”, - M.İslam “Business Standard”a bildirib.

Xəracın məbləği açıqlanmayıb. Qəzetin yazdığına görə, pul dolu xaralı dəniz quldurlarına yüngül təyyarədən atılıb. Onlar kisəni qayığa götürüblər və bir neçə saat sonra Banqladeş gəmisini tam şəkildə tərk etdilər. Bütün bu müddət ərzində yaxınlıqda Aİ ölkələrindən birinin dəniz gəmisi növbətçilik edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR