İnsanlara hürriyət, millətlərə istiqlal!

Retro avtomobili ilə qaydaları pozan tanınmış müğənni cərimələndi - VİDEO

930 11.04.2024 13:26 Şou-biznes A A

Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.

Musavat.com xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

T.Nəsirli qeyd edib ki, C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR