İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev ölkəyə qayıda bilər

1730 24.04.2024 12:00 Ölkə A A

YAP-çı deputatdan ilginc çağırış: “İnanmıram ki, Azərbaycana gələndən sonra aqressiv müxalifətə qoşulsun...”

“Rəsul Quliyev uzun müddətdir ABŞ-da yaşayır. Yaşadığı əksər illərdə Azərbaycan iqtidarının əleyhinə bəyanatlarla çıxış edib, müəyyən problemləri qabardıb və əsassız fikirlər söyləyib. Lakin son illər Azərbaycanın uğurları, müharibədə qazandığı qələbələr, antiterror tədbirləri, eləcə də ölkədə gedən inkişaf Rəsul Quliyev tərəfindən müsbət qiymətləndirilir. O, müəyyən qaydada öz fəaliyyətində müsbət dönüş yaradıb, reallıqları görür, həqiqətləri aşkar deyir. Bu gün iqtidarın yürütdüyü siyasəti dəstəkləyir. Buna görə də, düşünürəm ki, Rəsul Quliyevin Azərbaycana gəlib yenidən aqressiv mövqe tutması mümkün deyil. Çünki müəyyən qaydada Rəsul Quliyev bəzi fikirlərinə, vətənpərvərliyinə görə digər aqressiv müxalifətdən, bir növ Əli Kərimlidən, Gültəkin Hacıbəylidən və başqalarından fərqlənir”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Rəsul Quliyevin real düşüncələri var və bunu ortaya qoymağa qabildir: “İnanmıram ki, Rəsul Quliyev Azərbaycana gələndən sonra aqressiv müxalifətə qoşulsun. Onun öz şəxsiyyəti, fikirləri də buna imkan verə bilməz. Çünki Rəsul Quliyev tamam fərqli adamdır. İstəyərdim ki, hər bir azərbaycanlı bu gün Azərbaycanın uğurlarını dəstəkləyirsə, iqtidarın gördüyü işlərə müsbət qiymət verirsə, əvvəlki fəaliyyətindən asılı olmayaraq respublikaya qayıtsın, ölkəmizin bugünkü həyatında bir siyasətçi, jurnalist, vətəndaş kimi iştirak etsin. Uğurlarımız böyükdür və bu uğurlara hər bir azərbaycanlının dəstək verməsi çox vacibdir. Bu, bizim birliyimizdən, həmrəyliyimizdən asılıdır. Cənab Prezident də çıxışlarında həmişə deyir ki, Azərbaycan xalqı nə qədər bir olsa, vətəndaş həmrəyliyini, birliyimizi nə qədər təmin etsək, o qədər yüksək, mühüm qələbələr əldə edə bilərik. Hər bir insan səhvə yol verə bilər. Baxışlarında, düşüncələrində müəyyən təzadlı fikirlər ola bilər. Bu gün Rəsul Quliyev reallıqları qəbul edirsə, görülən işlərə qiymət verirsə, bu prosesdə iştirak edə bilirsə, qoy gəlsin, uğurlarımıza sevinsin, bugünkü fəaliyyətimizdə iştirak etsin”.

Bəs Rəsul Quliyevin ölkəyə dönüşü üçün hansısa proses varmı? Rəsul Quliyev qayıtmağı arzulayırmı? 

Ağasif Şakiroğlu - Baku - Gələcək Azərbaycan Partiyası | LinkedIn

Ağasif Şakiroğlu

Rəsul Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, eks-spikerin vətənə qayıdışı üçün hər hansı bir proses yoxdur. “Bəs YAP deputatının dediklərini necə qarşıladınız” sualına A.Şakiroğlu belə cavab verdi: “Hesab edirəm ki, bu, sağlam iqtidar-müxalifət münasibətlərinin bariz göstəricisidir. Ölkədə sağlam siyasi dialoq mühiti mövcuddur. İstər pandemiya zamanı, istər 44 günlük vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə ortaya qoyulmuş doğru siyasətin nəticələridir. Siyasət kaprizi, eqonu, hikkəni sevmir. Siyasəti iti düşüncə elmi də adlandırmaq olar. Heç kimə sirr deyil ki, Rəsul Quliyev YAP-ı yaradanlardan olub. Ümummilli lider Heydər Əliyevin zamanında ən yaxın, ən etibarlı silahdaşlarından olub. Sonrakı siyasi fikir ayrılıqlarının olması da heç şübhəsiz ki, demokratiyanın göstərici əlamətləri olub. Hər halda, bizim üçün YAP-çı deputatın söylədiyi müsbət fikirlər təəccüblü deyil. YAP rəhbərliyinə də bu tip sağlam və ədalətli yanaşmalarına görə təşəkkür düşür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR