İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl kəskin bahalaşdı - YENİ QİYMƏT

4700 03.04.2024 21:47 İqtisadiyyat A A

Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” yazıb.

Aprelin 3-də səhər saatlarında qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib.

Təhlükəsiz aktiv hesab edilən qızıl fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır.

Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR