İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament bələdiyyələrlə bağlı qanuna mühüm dəyişikliklər etdi

2839 06.04.2024 09:40 Gündəm A A

 

Deputatlar yeni hakim təyinatlarına səs verdilər, Brüssel görüşünə etirazlar ifadə olundu

5 apreldə Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda deputatlar Brüsseldə, bu gün keçiriləcək üçtərəfli görüşdən bəhs etdilər.

Cari məsələlər zamanı çıxış edən deputat Elman Nəsirov bildirdi ki, ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında keçiriləcək görüşün regionumuzdakı proseslərə çox ciddi təsir göstərəcəyini indidən görmək mümkündür. O, ABŞ və Aİ rəhbərliyinin görüş öncəsi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinə diqqət çəkərək qeyd etdi ki, bu faktlar ABŞ, Aİ rəhbərliyi səviyyəsində cənab İlham Əliyevə çox böyük hörmətin olduğunu, onun nüfuzuna çox böyük diqqətlə yanaşıldığını göstərir.

Deputat Kamal Cəfərov bildirdi ki, erməni xalqı Qərbin Ukraynaya göstərdiyi “dəstək”dən dərs çıxartmalıdır.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Deputat Ceyhun Məmmədov dedi ki, bu gün Ermənistan, Amerika Birləşmiş Ştatları, Avropa Komissiyasının görüşünə də bu prizmadan baxmalıyıq: “Azərbaycanın yaratdığı reallığı qəbul etməmək, bölgədə geosiyasi vəziyyəti dəyişmək. Yeri gəlmişkən, İranın da bu məsələyə susqun münasibəti ciddi suallar doğurur. Sanki bu məsələ İranla da razılaşdırılıb. Çünki xeyli vaxtdır Fransa, Ermənistan və İran arasında bu və ya digər məsələlər ətrafında geniş müzakirələr aparılmaqdadır”.   C.Məmmədov bildirdi ki, Azərbaycanın müasir hərb tarixinin ən önəmli və həlledici döyüşlərindən biri olan şanlı Aprel zəfərindən 8 il ötür. Qeyd etdi ki, Aprel döyüşləri Azərbaycan xalqının işğalla barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi: “Sonrakı dövrdə Ermənistan ordusu həmin ərazilərə geri qaytarmağa çalışsa da Azərbaycan Ordusu buna imkan vermədi. Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artırdı. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərdi.  Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin olundu. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olundu”. Deputat Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif etdi: “Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq, hələ də fəaliyyətə başlamayıb”.    

Razi Nurullayev növbədənkənar prezident seçkilərindən danışdı

Deputat Razi Nurullayev bildirdi ki, Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib: “Onların xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilmədilər. Onların 70-87 arası yaşları var, xəstə, əldən düşmüş, qocalıqdan belləri bükülmüş, bir çoxları yatağa məhkum olmuş şəhid ata və analarıdır. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid ailəsi statusu hüququnu itirir. Belə çıxır Sosial Təminat Agentliyi gözləyir ki, onlar dünyalarını dəyişsinlər, onların da canı qurtarsın. Niyə ən asan və həm də humanizmdən kənar yolu seçirlər, başa düşmürəm. Axı onların evlə təminatına bütün maliyyə imkanları da var”. R.Nurullayev konkret fakt gətirdi: “Bugünlərdə İmişli rayonundan bir şəhid anasının videosu yayılıb və qoy zəhmət çəkib onun altında yazılan minlərlə şərhləri oxuyub məsuliyyət hiss etsinlər, həm də görsünlər ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətin hansı şəxsləri söyülür və təhqir edilir. Bütün Azərbaycan boyu yaşı 60-ı ötmüş şəhid ata və anaları təxirə salınmadan evlə təmin olunmalıdır. Cavan yaşda olanlar gözləyə bilər. Amma yaşlı valideynlərin həyatı bitib, heç olmasa son günlərini normal vəziyyətdə yaşasınlar. Həm də dünyalarını dəyişəndə narazı və gözləri açıq getməsinlər. Vallah onların ah-naləsindən ziyan çəkənlərdən olarıq. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”.

Vitse-spiker İrana gedir

Vitse-spiker Fəzail İbrahimi Brüssel danışıqları ilə bağlı narahatlığın əbəs olduğunu söylədi. Deputat qeyd etdi ki, Ermənistan Azərbaycanın deyil, Rusiyanın forpostudur. F.İbrahimlinin sözlərinə görə, Ukrayna cəbhəsində uğur əldə edə bilməyən Amerika və Avropa ikinci bir cəbhəni Cənubi Qafqazda açmaq istəyir: “Burada məqsəd Rusiya üçün ikinci cəbhəni açmaqdır. Erməni dövlətini yaradan Rusiya olub və yarandığı gündən də himayə edib. İndi bunu onun əlindən çıxarmaq istəyirlər”.

Qənirə Paşayevanı Fazil Mustafa əvəzlədi - "Növbəti seçkilərədək..." -  Turkustan.az

Komitə sədri Fazil Mustafa Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti ilə bağlı proseslərin sürətləndirilməsini zəruri saydı. Bildirdi ki, Qarabağ və Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı konkret hədəflər bəlli olmalıdır. Deputat əlavə etdi ki, bu universitetlərin hansı əsaslarda yaradılması məsələsi hələlik tam aydınlaşmayıb: “Eyni zamanda bu universitetlərin Bakıda yardılması nəzərdə tutulur. Yaxşı olardı ki, bu universitetlər bölgədə yaradılsın. Bakıdan Qazaxa qədər olan məsafədə ali təhsil ocağının formalaşması burada texniki təmayüllü ixtisasların yaradılması qarşıdakı dövr üçün hədəflərin aydınlaşmasına xidmət etmiş olar”.

Deputat Qarabağ Universitetinin də ənənəvi qaydada yaradılmasının doğru olmadığı deyib. Millət vəkilinin sözlərinə görə, burada fərqli bir model əsasında ali təhsil ocağının yaranması doğru olardı.

Siyavuş Novruzov: İran bu məsələyə münasibətini açıqlamalıdır

Komitə sədri Siyavuş Novruzov Ermənistanın artan təxribatlarından bəhs etdi. Bildirdi ki, son günlər Ermənistanın xüsusilə Zəngəzur ərazisində hərbi texnika yığması Azərbaycanı narahat edir və Azərbaycan bu narahatlıqlarını diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, bu təxribatın qarşısı ciddi şəkildə alınacaq: “Amma məni narahat edən İran İslam Respublikasının susqunluğudur. 44 günlük müharibədə dəfələrlə Azərbaycana qarşı bəyanatlar səsləndirirdi. İranın konsulluq açdığı əraziyə Amerikanın, Fransanın kəşfiyyatçıları yığışır. Hesab edirəm ki, İran bu məsələyə münasibətini açıqlamalıdır. İran bilməlidir ki, o silahlar həm də İran üçün ora yığılır”.

Deputat Əli Məsimli Prezidentə məktub yazdı

Deputat Əli Məsimli bildirdi ki, əgər bir sıra dövlətlər yaşadığımız Cənubi Qafqazda hegemonluq uğrunda mübarizədə erməni faktorundan istifadə etməsəydi, bölgə bu qədər dağıntılara, humanitar fəlakətə məruz qalmazdı, erməni şovinizmi dövlət qura bilməzdi. Onun sözlərinə görə, Brüssel görüşünün məzmunu bilavasitə bunu göstərir ki, erməni faşizminin arxasında duran qüvvələr bundan nəticə çıxarmaq əvəzinə yeni oyunlar qururlar: “Blinkenin ifadələrində və Türkiyənin bəyanatlarında bu özünü göstərir”.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı öncə Bakı, Gəncə, Şəki və Şirvan apelyasiya məhkəmələrinə yeni hakimlərin təyinatı məsələsinə baxıldı. Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə Şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edildilər.

Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin olundular.

Bəzi apelyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar. Bu da Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunub.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqləndi. Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verdi. Qeyd olundu ki, “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq. Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək. Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək. Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

İclasda Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar müzakirəyə çıxarılaraq qəbul olundu. Qərar layihəsini komitə sədri Səməd Seyidov təqdim edərək bildirdi ki, əvvəlki illərdə də Şimali Kipr Türk Cümhuriyyəti ilə müxtəlif səviyyələrdə əlaqələr olsa da, 2021-ci ildə spikerin tapşırığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Şimali Kiprə səfər edərək, yüksək səviyyələrdə görüşlər keçirib. Komitə sədri əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addımın atılmasını yüksək qiymətləndirdi.

Deputatlar Musa Qasımlı, Anar İsgəndərov, Fəzail Ağamalı, Hikmət Babaoğlu Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin gücləndirilməsini təqdir etdilər. Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışı zamanı “Bizim bir ailəmiz var, bu ailə Türk birliyidir”, sözlərini xatlırladaraq, işçi qrupunun yaradılmasını dövlət başçısının siyasətinin məntiqi davamı kimi qiymətləndirdilər və parlament rəhbərliyinə təşəkkür etdilər.

Bildirildi ki, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupuna deputat Cavanşir Feyziyev rəhbərlik edəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR