İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan: Əsgərlərimiz niyə öldü?

1206 10.04.2024 14:20 Son xəbər A A

“1996-cı il ATƏT-in Lissabon Zirvə görüşündən sonra Qarabağ məsələsi olmayıb”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Onun sözlərinə görə, erməni məsələsi o mənada var idi ki, Qarabağ məsələsinin məzmununu de-yure əvvəlcədən müəyyən edən beynəlxalq arxitektura artıq hazır və dəyişməz idi. Eyni zamanda, Paşinyan deyib ki, həmin sənəd “Dağlıq Qarabağ”ın Azərbaycanın bir hissəsi olmasına qarşı bundan başqa heç nə edə bilməyəcəyini təsbit etdi.

Parlamentdə hökumətin 2023-cü il üçün 5 illik (2021-2026) proqramının icrasına dair hesabatın müzakirəsi zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, bəzi dövlətlər bundan yayınaraq, qeyri-müəyyən və boş ümidlər verərək Qarabağ məsələsindən Ermənistanın boynuna dolanmaq və müstəqil dövlət kimi fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə ediblər.

Nikol Paşinyan əlavə edib ki, real və tarixi Ermənistan arasında delimitasiya son dərəcə ağrılıdır. Bu ağrı nöqtələrindən ən güclüsü aşağıdakı sualdır:

“Əgər əvvəllər dediyim gələcəyə aparan yoldursa, o zaman minlərlə qurbanımız nə üçün olub? Əsgərlərimiz niyə öldü? Əsgərlərimiz Ermənistanın dövlətçiliyi, müstəqilliyi və suverenliyi uğrunda həlak olublar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR