İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Nərimanovun Moskvadakı dəfnindən unikal kadrlar - 99 il bundan öncənin VİDEOsu

3227 10.04.2024 21:00 Son xəbər A A

Nəriman Nərimanovun Moskvadakı dəfnindən görüntülər yayılıb. 

Musavat.com xəbər verir ki, sözügedən görüntülər AzTV-nin "Qızıl Fond"u na məxsusdur.

Həmin videosüjetii təqdim edirik:

Qeyd edək ki, böyük ictimai-siyasi xadim, yazıçı-publisist Nəriman Nərimanov 1870-ci ilin 14 aprelində Tiflisdə tacir Kərbalayi Nəcəfin ailəsində dünyaya göz açıb. Cəmi 55 il yaşayan Nəriman Nərimanov keşməkeşli həyat yolu keçib. 

Nəriman Nərimanov Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin Sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri, ZSFSR İttifaq Sovetinin 1-ci Sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri vəzifələrini icra edib. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Nəriman Nərimanov "Nadanlıq", "Dilin bəlası", "Bahadır və Sona", "Nadir şah" "Xolera-Vəba", "Tibb və İslam", "Çaxotka-Vərəm", "Ailəmi-nisvan", "Tif və Dizenteriya", "Vərəm","Traxom", "Həmli arvat", "Pir" və "Bir kəndin sərgüzəşti" yaxud "Əmi" kitablarının müəllifidir.

Nəriman Nərimanov 19 mart 1925-ci ildə Moskvada dünyasını dəyişib. Bəzi iddialara görə onun həyatına sui-qəsd olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR