İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibinin bəyanatından çıxan NƏTİCƏ: Makronkimilər anlamalıdırlar ki…

954 18.03.2024 16:29 Gündəm A A

“Prezident İlham Əliyev və ölkəmizə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin mətbuata birgə bəyanatlarında diqqət çəkən ən mühüm məqamlardan biri dövlətimizin başçısının Gürcüstan baş naziri ilə görüşdə bildirdiyi kimi, bizim “heç vaxt olmadığı qədər” sülhə yaxınlaşdığımız haqda dediyi sözlər idi. Cənab İlham Əliyevin heç vaxt olmadığı qədər sülhə yaxınlaşmamızda Azərbaycanın 2020 və 2023-cü illərdə atdığı hərbi-siyasi addımların mühüm rol oynadğını vurğulayaraq, bunu “uzunsürən münaqişələrin necə həllini tapa biləcəyinin əsl örnəyi” kimi təqdim etməsində isə məncə, artıq hər kəsin razılaşdığı bir reallıq sərgilənirdi”.

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkili qeyd edib ki, qərbdəkilər də konfliktin bitməsi ilə razılaşıblar: “Reallıq bundan ibarətdir ki, ABŞ kəşfiyyat birliyinin son hesabatından da göründüyü kimi, qərbdəkilər də konfliktin bitməsi ilə razılaşıblar. Konflikti bitirən də, sülh təşəbbüsü ilə çıxış edən də məhz Azərbaycandır. Özü öz təhlükəsizliyini təmin edib indi də Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan. Azərbaycan liderinin ölkəmizin torpaq bütünlüyünü və üzərində suverenliyimizi hərbi-siyasi yolla təminini uzun sürən münaqişələrin həlli üçün örnək olaraq təqdim etməsinin əleyhinə bir kəlmə belə deməyən, quruma üzv dövlətlərin enerji təhlükəsizliyində oynayacağımız rolu dəyərləndirmək məqsədilə ölkəmizə təşrif gətirdiyini bildirən NATO baş katibinin bəyanatından məncə, ilk dərs çıxarmalı ölkə Fransadır”.

S.Alıyev deyib ki, rəsmi Paris Azərbaycana qarşı sanksiya xülyası qurub: “Bizə qarşı sanksiya xülyası quran rəsmi Paris baxıb görsün cənab Stoltenberq nə deyir. O deyir ki, “Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayır və ölkəmizin qazla yanaşı, gələcəkdə elektrik enerjisinin də Avropaya ötürülməsində “daha mühüm rol oynadığını görməkdən məmnun”dur. Bu isə o deməkdir ki, makronkimilər nə qədər atlanıb düşsələr də, məğlubdurlar. Onların Azərbaycanın zəfərini həzm etməkdən başqa yol yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR