İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsim Məmmədov: Laçının bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

289 24.04.2024 13:12 Ölkə A A

Laçının bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var, burada müvafiq infrastrukturun yaradılması istiqamətində xeyli iş görülüb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

M.Məmmədov Laçının su elektrik enerjisi istehsalı sahəsində də böyük potensiala malik olduğunu vurğulayıb: “Təkcə bu günə kimi 4 yeni su elektrik stansiyası tikilib. Bu ilin sonuna kimi daha 4 yeni elektrik stansiyasının istifadəyə veriləcəyini gözləyirik”.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin Laçının böyük turizm potensialına malik olduğunu qeyd edərək bildirib ki, şəhər işğaldan azad ediləndən bu günə qədər bu istiqamətdə xeyli iş görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR