İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur kompüter şirkəti Rusiyadakı biznesini ləğv edir

1035 10.11.2023 13:13 Texnologiya A A

Amerikanın fərdi kompüter və printer istehsalçısı “Hewlett Packard” şirkəti “HP Inc”in Rusiyadakı törəmə şirkətinin ləğvi prosesinə başlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin bununla bağlı yaydığı məlumatda məhdud məsuliyyətli cəmiyyətin ləğvi üçün son tarixin 23 oktyabr 2024-cü il olduğu qeyd edilir.

Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin avqustunda şirkət Rusiyada fəaliyyətini tamamilə dayandırdığını elan etdi.

Maliyyə hesabatlarına görə, Rusiya bazarını tərk etmək Amerika şirkətinə 23 milyon dollara başa gəlib. Bu məbləğə “müqavilələrin ləğvi, avadanlığın silinməsi, habelə digər birdəfəlik xərclər” daxildir.

HP Inc. 2015-ci ildə Rusiyada rəsmi qeydiyyatdan keçib və HP brendi altında kompüter və ofis avadanlıqlarının, eləcə də digər avadanlıqların satışı üzrə ixtisaslaşıb. Bundan əlavə, şirkət texniki dəstək, zəmanət xidmətləri, həmçinin çap, konsaltinq və marketinq xidmətləri göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR