İnsanlara hürriyət, millətlərə istiqlal!

Matviyenko Rusiyada keçirilən seçkinin yekun nəticəsindən danışıb

445 18.03.2024 15:26 Gündəm A A

“Seçkinin əsas nəticəsi ondan ibarətdir ki, Vladimir Putin Rusiyanın müasir seçki tarixində görünməmiş yüksək seçici fəallığı şəraitində keçən səsvermədə inamlı qələbə qazandı”.

Bu açıqlama ilə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

Valentina Matviyenko bildirib ki, Vladimir Putin inamlı qələbə qazanmaqla öz siyasi kursunu davam etdirmək üçün Rusiya vətəndaşlarından legitim mandat alıb.

“Mən Vladimir Vladimiroviç Putini layiqli qələbə münasibətilə təbrik etmək istəyirəm”, - deyə V.Matviyenko fikrini tamamlayıb.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR