İnsanlara hürriyət, millətlərə istiqlal!

Madurodan müxalifətə ittiham: “15 gündə iki dəfə məni öldürmək istədilər”

485 27.03.2024 11:37 Dünya A A

Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı “Vente Venesuela” müxalifət hərəkatını son iki həftə ərzində onun həyatına iki sui-qəsd cəhdində ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Maduro “Venezolana de Televisión” telekanalının proqramında deyib: “15 gün ərzində iki qrup tutuldu: biri Maturində, digəri Karakasda. Onlar mənim həyatıma qəsd etməyi planlaşdırırdılar. Onlar günahlarını etiraf ediblər və “Vente Venesuela” terror qruplaşması ilə əlaqədədirlər”.

Maduronun sözlərinə görə, bazar ertəsi Karakasın mərkəzində prezidentin çıxış edəcəyi mitinq başlamazdan əvvəl silahlı cinayətkarlar “telefon mesajları göndərən və platformanın fotoşəkillərini çəkən iki nəfərin əsəbiliyini, qəribə davranışını görən insanlar tərəfindən aşkar edilib. Maduro ona qarşı sui-qəsd cəhdi edənləri psixopat adlandırıb.

O qeyd edib ki, cinayətlərin təşkilatçıları “əkcə burada deyil, imperializmin terror aktları hazırladığı başqa yerlərdə də ruhi xəstələr axtarırlar. “Eyni zamanda, Venesuelanın daxili işlərinə qarışan hökumətlər terrorçuları qınamır”, - prezident vurğulayıb.

O, silahlı qüvvələri və Venesuela xalqını sayıqlığı artırmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR