İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirkorovun Bakıya gizli gəlişi Rusiya mətbuatında: "Azərbaycanlılar da onun gəlişinə hiddətlənib, çünki... "

4085 25.03.2024 12:06 Şou-biznes A A

Xəbər verdiyimiz kimi Rusiyanın Xalq artisti Filipp Kirkorov martın 23-də Azərbaycana gəlib.

Bu barədə olay.az saytı məlumat yayıb. Müğənninin Heydər Əliyev adına Hava Limanından görüntülərini yayan sayt bildirib ki, VİP zaldan çıxış edən sənətçi onun üçün təyin olunmuş lüks avtomobilə minərək hava limanından uzaqlaşıb.

Ortaya çıxan kadrlardan da görünür ki, Kirkorov dörd nəfərin müşayiəti ilə hava limanını tərk edərkən, çıxışda onu gözləyən mətbuat nümayəndələrinə açıqlama verməkdən imtina edib.

Kirkorovun gizli Bakı səfəri Rusiya mətbuatında səs-küy yaradıb. Onun konsert yoxsa başqa səbəbdən Azərbaycana gəlməsi haqda müxtəlif versiyalar səslənir. Qeyd olunur ki, “Krokus Siti Holl”da baş verən terror aktından sonra Filipp Kirkorov sosial şəbəkədə rusları birləşməyə çağırıb, dəhşətli faciədən əziyyət çəkən hər kəsə başsağlığı verib, ardınca isə hansısa toyda iştirak etmək üçün Bakıya uçub. Digər iddialara görə isə onun qanunla bağlı ciddi problemləri var. Belə ki, barəsində inzibati iş açılıb, şirkətlərinin hesabları bloklanıb. Federal Vergi Xidmətinin məlumatına görə, bu, şirkətlərin vergiləri az ödəməsi ilə bağlıdır. Lakin bu səbəbin onun Rusiyanı tələsik tərk etmək qərarına təsir edib-etmədiyi bəlli deyil.

Rusiya mətbuatında həmçinin qeyd olunub ki, Kirkorovun Azərbaycana gəlişi azərbaycanlılar tərəfindən xoş deyil, hiddətlə qarşılanıb.

"Azərbaycanlı izləyicilər onun gəlişinə bu cür hiddətli şərhlər yazıblar: “Kirkorov niyə Bakıya gəlib?”, “Bakıda o,  nəyi unutdu?”, “Rusiyada oxumağıma icazə vermədilər, ona görə də burada konsert vermək qərarına gəldi?”, “Onu qovmaq lazımdır", "Necə də iyrəncdir", "Rusiyada matəm var, amma əylənmək üçün başqa ölkəyə uçub",- deyə Rusiya mətbuatında qeyd olunub.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR