İnsanlara hürriyət, millətlərə istiqlal!

Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir - FOTO

319 07.04.2024 18:09 Son xəbər A A

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında Şuşa Azərbaycan Evinin açılışı keçirilir.

“Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.

Qeyd edək ki, Şuşa Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR