İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı turistlər Novruz bayramını Türkiyədə gecə klublarında qeyd edirlər - VİDEO

1347 21.03.2024 15:13 Gündəm A A

Novruz bayramını Türkiyənin Van şəhərində qeyd edən iranlı turistlər martın 20-dən başlayan 13 günlük tətillərini əyləncə mərkəzlərində səhərə qədər əylənərək qeyd ediblər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Novruzu yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edən iranlı turistlər yeni ilə öz mədəniyyətlərinə xas "həft sin" süfrəsi hazırlayaraq daxil olublar.

Onlar gündüzlər alış-veriş edib, gecələr isə əyləncə mərkəzlərində əylənirlər.

"Biz də Novruz bayramı üçün Vana gəldik. Van bizə çox yaxındır, mədəniyyətlərimiz bir-birinə yaxındır, insanları da çox gözəldir. Ona görə də biz Vana üstünlük veririk", - deyə turistlər bildiriblər.

Vanda əylənməklə yanaşı, çoxlu alış-veriş edəcəklərini bildirən iranlı turistlər Novruz bayramının bütün insanlara xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR