İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranın bu hücumu daxili auditoriyaya hesablanmışdı"- Hərbi ekspertdən ilginc açıqlama

900 14.04.2024 11:15 Dünya A A

"İranın Suriyadakı konsulluğu vurulandan sonra rəsmi Tehran İsrailə cavab verəcəyini bəyan etmişdi. İran, İsrail və ABŞ arasındakı hər gərginlikdən sonra Tehran bənzər bəyanatlar verirdi, ancaq İranın cavablarının heç biri nəticə baxımından effektiv saymaq olmazdı".

Bu fikirləri Musavat.com-a hərbi ekspert Səxavət Məmməd bildirib.

O əlavə edib ki, bu dəfə İran ballistik raketlərlə zərbələr endirəcəyini dilə gətirirdi:

WhatsApp Image 2024-04-14 at 11.22.36.jpeg (371 KB)

"Ancaq İran 3 dalğa dron hücumu həyata keçirdi. Bu hücuma İsrail tərəfi tam hazırlıqlı idi. İrandan qaldırılan dronların İsrailə çatma vaxtı kifayət edirdi ki, İsrail dronlara harada və necə zərərsizləşdirəcəyini müəyyənləşdirsin.

İsrail, ABŞ və İordaniya İranın göndərdiyi dronların demək olar ki, 99 faizini zərərsizləşdirə bildi. İsraildə o zaman ciddi problem yaranardı ki, dronların çatma vaxtında əvvəlcədən nümayiş etdirdikləri 100 ədəd ballistik raket də atılardı. Bu zaman hava hücumundan müdafiə sistemləri, havadakı hərbi təyyarələr ciddi çətinliklə üzləşəcəkdilər, hətta İsrail ərazisində dağıntılar olacaqdı. İranın ballistik raket atıb atmaması hələ də mübahisə mövzusudur".

Ekspert əlavə edib ki, İranın bu hücumu keçirməsi İsrailin cəzalandırılmasından daha çox daxili auditoriyaya və idarə etdiyi qruplara hesablanmışdı:

"Çünki İran daxilində “İsrailə niyə cavab verilmir” tipli fikirlər yayılmağa başlamışdı.

İsrail üçün böyük dağıntılara səbəb olmasa da, bu hücum Netanyahu hökumətinə zərbə olacaq. Çünki Netanyahu demək olar ki, heç bir ölkənin sözünü, beynəlxalq qurumları eşitmir. Netanyahuya qarşı mitinqlər başlasa, İranın hücumunun danışılmış oyun olduğunu da demək olacaq. Tərəflər arasında uzun müddətli müharibənin olacağını gözləmirəm".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR