İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistanın arxasından qaçır - ifşa kimi açıqlamalar

7463 31.03.2024 19:32 Müsahibə A A

Beniamin Matevosyan: “Qərb hərbi logistika baxımından Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək”

Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında üçtərəfli görüşdən nə gözləmək olar? Niyə Ermənistan hakimiyyəti cəmiyyətdə mümkün avrointeqrasiya ideyasını bu qədər fəal şəkildə təbliğ edir? Bəs bu, Qərbin planlarına nə dərəcədə uyğundur? Qərb təhlükəsizlik və iqtisadiyyat sahəsində Ermənistanı Rusiya ilə əvəz edə biləcəkmi? “V EREQ” Analitik Mərkəzinin bu və digər suallarına politoloq Beniamin Matevosyan cavablandırıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq müsahibəni təqdim edir. 

89245_large.jpg (27 KB)

Beniamin Matevosyan

- Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbərinin üçtərəfli görüşündən nə gözləmək olar?

- Bu məsələ ilə bağlı fikirlər fərqlidir. Ermənistana nə təklif edə bilərlər? Vəziyyəti Ukraynada baş verənlərlə müqayisə etsək, onlar  Ermənistana bəzi boş kağız parçaları təklif edə bilərlər. Məsələn, Ermənistan üçün təhlükəsizlik zəmanətinin imzalanmasını.  Ukrayna Böyük Britaniya, İtaliya və digər ölkələrlə belə sənəd imzalayıb.

Başqa  məqam da var.  Hakim “Mülki Müqavilə”partiyası  Ermənistanın 2010-2013-cü illərdə müzakirə etdiyi sənədin, yəni Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sənədin imzalanmasının məqsədəuyğunluğu müzakirə edilir. Lakin bəzi ekspertlərin qeyd etdiyi kimi, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü nəzərə alsaq, bunu etmək çətin olacaq. Ona görə də  Brüssel şərti olaraq Ermənistanı “qəbul etməyə”, daha dəqiq desək, assosiativ üzvlük sazişi imzalamağa hazırdır. Bunun müqabilində Ermənistan Rusiya Federasiyası ilə bağlı müəyyən inteqrasiya layihələrində iştirakını dayandırmalıdır. Ancaq eyni zamanda çox paradoksal bir vəziyyəti qeyd edək. Ermənistanın daxilində bir neçə aydan sonra sözün həqiqi mənasında Avropa İttifaqına üzv olacağımız barədə deyilənə rəğmən indi Avropa İttifaqı ölkələrininə viza almaq əvvəlkindən daha çətindir.  

- Amma biz görürük ki, son vaxtlar hakimiyyət nümayəndələrinin özləri, onlara bağlı ekspertlər, informasiya resursları çox fəal şəkildə belə bir fikir irəli sürürlər ki, tezliklə Ermənistanın Avropaya inteqrasiyası olacaq, bizə tezliklə Aİ-yə namizəd statusu veriləcək.  O zaman hakimiyyətin bu ideyanı təbliğ edib cəmiyyətə aşılamasının səbəbi nədir?

von-der-leyen-pashinyan-blinken-27.3.2024-1024x683-1.jpg (80 KB)

- Nikol Paşinyan “havadan” belə söz-söhbətləri  xoşlayır. Halbuki  Ermənistandakı Avropa strukturlarının nümayəndələri də vaxtaşırı  özlərini “Qərbin səsi” adlandıran bu şəxslərə mesaj verirlər ki, əhalini Avropa Birliyi ilə bağlı bu qədər ümidləndirməsinlər. Bu insanların burada şəxsi maraqları var, ona görə də bütün bu rəvayətləri təbliğ edirlər.

-   Qərbin Ermənistana təhlükəsizlik zəmanətləri haqqında çox danışılır. Amma yenə də Qərbin nüfuzlu  nəşrlər görürük ki, orada, əksinə, Qərbin Ermənistana lazımı anda yardım göstərə bilməyəcəyini deyirlər, hətta KTMT-dən   çıxmamağa çağırırlar.  Qərb Ermənistana dəstək verə, Rusiyanı əvəz edə bilərmi?

- Bilirsiniz, erməni siyasətçiləri arasında müəyyən  düşüncə əyalətçiliyi var. Bəziləri  hesab edir ki, Rusiya  ilə Qərbin qarşıdurması kontekstində Ermənistanın alətinə çevrilməsinə  razılıq kifyətdir ki,  ölkə avtomatik olaraq bunun faydalarından yararlansın. Söhbət iqtisadi və təhlükəsizlikdən gedir. Amma reallıq fərqlidir. Hakimiyyətdəkilər istədiklərini deyə bilər, amma hərbi logistika baxımından Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklər.  Amerikanın bir sıra çox mötəbər təşkilatları deyirlər ki,  KTMT-dən çıxmaq yox,  təhlükəsizlik sistemini şaxələndirməyə çalışmaq lazımdır. Hətta rəsmi Parisin nümayəndələri də  bu yaxınlarda Ermənistan hakimiyyətini Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə yönəlmiş addımlar atmamağa çağırıblar, çünki  nə Avropa İttifaqının,  hətta NATO-nun da Ermənistanın ərazi suverenliyini təmin edəcək alətləri yoxdur.

Qərb regionumuzu və xüsusilə Ermənistanı Rusiya üçün əlavə problemlər yaratmaq, yeni cəbhə açmaq üçün bir variant kimi görürlər. Ukrayna kimi... Ukraynada baş verənləri görürürük.  NATO Ukraynanın təhlükəsizlik zəmanətləri verə bilirmi? Heç bir zəmanət yoxdur. Ermənistanın Ukraynadan daha sərfəli təhlükəsizlik  təminatı ala biləcəyinə inanmaq, yumşaq desək, aldanmaqdır.

 Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR