İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş

400 23.04.2024 13:55 Dünya A A

Bu il noyabrın 3-də Finlandiyanın Tampere şəhərindəki Lenin muzeyi bağlanacaq, yerində Rusiya və Finlandiya münasibətlərinin tarixindən bəhs edən muzey yaradılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

“Sovet İttifaqının dağılması ilə tarix bitməyib və biz keçmişin əsiri qalmaq istəmirik. Köhnə adlar artıq sərgimizin məzmununa uyğun gəlmir, ictimaiyyəti çaşdırır və anlaşılmazlığa səbəb olur, - deyə nəşr muzeyin direktoru Kalle Kalliodan sitat gətirir.

Bildirilir ki, muzeyin yerində “Nutti” muzeyinin yaradılması gözlənilir. Sərgi xüsusilə 1917-ci il inqilabları (fevral-burjua və oktyabr-bolşevik) dövründən Finlandiyanın NATO-ya daxil olmasına qədər ruslar və finlər arasında transsərhəd münasibətləri əhatə edəcək. Kallio əlavə edib ki, bu, yalnız muzeyin qərarıdır və beynəlxalq kontekstdə baş verən dəyişiklik və fin tamaşaçılarının seçimləri ilə əlaqədar qəbul edilib.

Finlandiyada Lenin muzeyi 1946-cı ildə Tamperedə II dünya müharibəsinin bitməsi və Moskva ilə Helsinki arasında münasibətlərin yaxşılaşması fonunda yaradılıb. Sərginin yeri kimi bu şəhərdə “Fəhlə evi”nin seçilməsi onunla əlaqədar idi ki, 1905-ci ildə Lenin SSRİ-nin gələcək lideri İosif Stalinlə ilk dəfə orada görüşüb. Sonradan muzeyi Nikita Xruşşov, Leonid Brejnev və Yuri Qaqarin ziyarət eedib və bu, iki ölkə arasında əlaqələrin mərkəzi yerlərindən birinə çevrilib.

2022-ci ilin iyununda Finlandiya hakimiyyəti NATO-ya üzv olmaq planlarına görə Kotka şəhərindəki Leninin abidəsini sökmək qərarına gəlib. Abidə dəfələrlə vandalizmə məruz qalıb, lakin Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra xüsusi diqqət çəkib. Finlandiya hakimiyyəti onu küçədən muzeyə köçürmək qərarına gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR