İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlənmək üçün ideal yaş məlum oldu: Boşanma riski aşağıdır

2143 15.03.2024 16:39 Maraqlı A A

Boşanma riskinin ən aşağı olduğu ideal evlilik yaşının 25-30 yaş olduğu açıqlanıb.

Bu fikri psixoterapevt Lori Qottlib deyib.

O, iddia edir ki, çox erkən olan evlilikdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağa və özlərini təsdiq etməyə davam edirlər ki, bu da ailəyə mənfi təsir göstərir.

Onun sözlərinə görə, yaş keçdikcə tərəfdaşlar həyatdan nə istədiklərini anlamağa başlayırlar.

Psixoterapevt əlavə edib ki, 32 yaşa qədər hər il boşanma ehtimalı 11 faiz azalır.Lakin onun sözlərinə görə, bu yaşdan sonra evliliyin ayrılıqla bitmə ehtimalı hər il beş faiz artmağa başlayır.

Mütəxəssis qeyd edib ki, ayrılıq travmasını yaşayan insanların yeni münasibətlərə başlamaqda çətinlik çəkdiyini bildirib./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR