İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN qarşısında AKSİYA

629 08.04.2024 14:54 Son xəbər A A

Hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, aksiya iştirakçıları Ermənistanda siyasi məhbusların olduğunu iddia edirlər. Onlar İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Pejçinoviç-Buriçdən Ermənistandakı siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr təşkil etməyi və ölkə hakimiyyətinin siyasi məhbuslarla bağlı qərar qəbul etməsini tələb etmək niyyətindədirlər.

Etirazçılar Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, siyasətçi Narek Malyanı, Vanadzorun keçmiş meri Mamikon Aslanyanı, “İmnemnin” podkastının aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyanı, eləcə də keçmiş separatçı rejim rəhbərliyini siyasi məhbus hesab edirlər.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, o cümlədən xarici işlər naziri Ararat Mirzoyanla bir araya gələcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR