İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşiş Əskiparada sarsaqladı

6201 07.04.2024 15:12 Son xəbər A A

“Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrildi”.

Musavat.com xəbər verir ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qalstanyan Müqəddəs Məryəmin anım günü - ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində belə revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.

Keşiş iddia edib ki, sərhəddə yerləşən məbəd Allahın himayəsinə şəhadət verir, həm də həyatımızın dirilməsinin simvoludur.

“Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır. Həyatımız burada başlayır, amma burada bitmir. O, dirilmə yolunda sınaqlardan keçəcək”, - erməni keşiş sərsəmləməkdə davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR