İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...

21456 10.04.2024 18:18 Gündəm A A

Erməni əsilli çoban özünün itmiş sürüsünü axtararkən Azərbaycan ərazisinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Hadisə aprelin 10-da Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin Nerkin Xndzoresk hissəsində baş verib. Sərhədçilər tərəfindən atışma olub. Hadisə nəticəsində Azərbaycan tərəfdən bir nəfər yaralanıb".

Ermənistan mediası yazır ki, onların Milli Təhlükəsizlik Xidməti təmaslara keçib, məsələ aydınlaşıb və Azərbaycan tərəfi itmiş sürünü geri qaytarıb:

"Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, çoban da Ermənistan Respublikası ərazisindədir".

İnsidentlə bağlı Azərbaycan tərəfinin məlumatı isə belədir:

"Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Məlumata görə, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

"Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR