İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada haker hücumlarını hansı ölkələr təşkil edir - Rusiya, Çin, yoxsa?.. - Ekspertdən İLGİNC ŞƏRH

408 05.04.2024 13:23 Gündəm A A

Dünyada haker müharibələri səngimək bilmir.

Bəs haker hücumlarını hansı ölkələr təşkil edir?

elxan.jpg (68 KB)

Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh bildirib:

"Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb, diqqət Çinə yönəlib.

ABŞ, Böyük Britaniya və Yeni Zelandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. "The New York Times" qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.

Pekin bu ittihamları rədd edib. Əksinə, Pekinin iddiasına görə, ABŞ Çinə qarşı kiberhücumlar təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.

London da Çinə qarşı fəallığını artırıb. Kiberhücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona Londonun etirazı bildirilib. Çinin kiberhücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər "qızıl dövrün başlanğıcı" kimi qiymətləndirilirdi.

Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR