İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəməşqdə öldürülən İran generallarının yerini kim satıb? SEPAH açıqladı

1785 10.04.2024 01:37 Son xəbər A A

İranın SEPAH silahlı qüvvələrinə bağlı Telegram kanalı (rus dilində yayınlanır) yeni və sensasion açıqlama ilə çıxış edib.

Musavat.com bildirir ki, məlum açıqlamada Suriyada İranın yüksək səviyyəli hərbi komandirlərinin bu yaxınlarda öldürülməsinin pərdəarxasında Suriya hökumətindəki müəyyən qüvvələrin dayandığı iddia olunur.

Sitat: "Suriya hökumətindəki satqın ünsürlər İranın Suriyanı tərk etməsini istəyir. İran komandirləri arasında görüşün dəqiq vaxtı barədə məlumatı Suriya hökuməti daxilindəki satqınlar çatdırıb". Belə bir açıqlama İran tərəfindən ilk dəfə verilir. Bu da onu göstərir ki, Tehran artıq Suriya hökumətinə əvvəlki kimi tam nəzarət edə bilmir.

Məlum olduğu kimi, aprel ayının 1-də İsrailin hava zərbələri nəticəsində Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

Musavat.com xəbər verir ki, İsrailin Dəməşqə hücumu nəticəsində konsulluğun binası dağıdılıb, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin komandirləri, generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi daxil olmaqla, İranın bir neçə yüksək rütbəli zabitləri öldürülüb.

Hücumu İsrailin etdiyi iddia olunsa da, Tel Əviv bu barədə rəsmi və birmənalı açıqlama verməyib. İran isə bu hücumun arxasında ABŞ-ın dayandığını iddia edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR