İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hərəkətlərinə görə sürücüyə 15 günlük həbs verildi - VİDEO

732 10.04.2024 16:59 Kriminal A A

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, "Nexia" markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR