İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukraynaya yeni yardım paketini AÇIQLADI

329 23.04.2024 14:08 Dünya A A

Britaniya Ukraynaya yeni yardım paketini açıqlayıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

O bildirib ki, bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunakla danışıb: “Baş nazir mənə yarım milyard funt sterlinqlinq həcmdə müdafiə dəstəyi paketinin ayrılması barədə məlumat verdi. “Storm Shadow” və digər növ raketlər, yüzlərlə zirehli texnika və su gəmisi, döyüş sursatları – bütün bunlar Ukraynaya döyüş meydanında həqiqətən lazımdır”.

V.Zelenski buna görə R.Sunaka təşəkkür edib: “Mən Böyük Britaniyaya və şəxsən Baş nazirə bu cür güclü dəstəyə, eləcə də müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə, xüsusən də dəniz və uzaq mənzilli imkanlara diqqət yetirməyə hazır olduqlarına görə minnətdaram. Biz həmçinin Rusiyanın aktivlərinin müsadirəsi üçün effektiv modelin yaradılması zərurətini müzakirə etdik və İsveçrədə keçiriləcək Sülh Sammiti və Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitindən gözləntiləri bölüşdük”.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR