İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilsəydiniz ki, mandarin qabığı bu qədər faydalıdır... - Atmayın

1794 23.12.2023 03:47 Maraqlı A A

Qış mövsümünün əvəzolunmaz meyvəsi olan mandarin vitamin mənbəyi olmaqla yanaşı, xəstəliklərə qarşı qoruyucu xüsusiyyəti ilə də tanınır. Lakin bu meyvənin qabığında olan müalicəvi xüsusiyyətlərdən çoxumuz xəbərdar deyilik.

Musavat.com qafqazinfo.az-a istinadən mandarin qabığının faydalarını təqdim edir:

Keçmişdə insanlar soba yandırarkən onun yaratdığı xoş qoxu üçün tez-tez ocağın üstünə mandarin qabığı qoyarmışlar. Bu ənənə bu gün azalsa da, mandarin qabığının sağlamlıq üçün faydalarını nəzərdən qaçırmaq olmaz.

Maddələr mübadiləsini sürətləndirir;

Qabıqlardan hazırlanan şirə diş ətini qidalandırır;

Qabıqda olan maddə beyin şişlərinin kiçilməsinə kömək edir;

Bədəndəki yağı əritmək üçün təsirlidir;

Tərkibindəki C vitamini ilə immunitet sistemini gücləndirir;

Xərçəngə tutulma riskini azaldır;

Dəriyə tətbiq olunduqda dərini yumşaldır və ölü hüceyrələrdən təmizləyir;

Hamilə qadınlarda səhər ürək bulanma hissini aradan qaldırır;

Qan şəkərini tarazlaşdırır;

Qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı effektivdir;

Qəbizliyi aradan qaldırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR