İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Putini “qəssab” adlandırıb - İlk dəfə deyil

788 27.03.2024 10:36 Dünya A A

ABŞ prezidenti Cozef Bayden növbəti dəfə Vladimir Putini “qəssab” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidentinin Rusiya prezidenti haqqında bu cür sərt ifadələr dilə gətirməsi ilk dəfə deyil, bundan əvvəl o, Putini “diktator” və “hərbi cani” adlandırıb.

Bildirilir ki, Bayden seçki kampaniyası çərçivəsində ziyarət etdiyi Şimali Karolinada Putini xatırlayıb. O, milyarderlər üçün vergilərin artırılması imkanlarını müzakirə edərək, imkanlı vətəndaşların gəlir vergisinin 8,2%-dən 25%-ə qaldırılması təşəbbüsündən danışıb. Bayden hesab edir ki, bu, növbəti 10 il ərzində ölkəyə yüz milyardlarla dollar qazandıracaq.

"Təsəvvür edin, bununla nə edə bilərik. Biz federal büdcə kəsirini əhəmiyyətli dərəcədə azalda bilərdik. Evdə qulluq göstərə bilərdik. Biz bir çox vacib işlər görə bilərdik, o cümlədən, nəhayət, Ukraynaya yardım göstərmək və o qəssab Putindən qorunmaq üçün çox iş görə bilərdik”, - Bayden deyib.

İki il əvvəl Bayden Polşa və Ukrayna sərhədindəki qaçqın düşərgəsinə baş çəkərkən jurnalist ABŞ prezidentindən hərbi əməliyyatlar fonunda Putin haqqında nə düşündüyünü soruşub. Bayden ona "O, qəssabdır, mən belə düşünürəm" deyə cavab verib.

Sonra mart ayında o, Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini söyləyib.

İki il sonra, 2024-cü il martın 15-də Bayden Putini “quldur” adlandırıb. O, Müqəddəs Patrik Günü ilə bağlı keçirilən tədbirdə çıxış edərək, konqresmenlərin böyük əksəriyyətinin Ukraynanın dəstəklənməsinə töhfə verməyə hazır olduğuna əmin olduğunu bildirib.

“Mən bu otaqda olan hər kəsi Vladimir Putinə qarşı durmağa çağırıram. O, quldurdur", - ABŞ prezidenti deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR