İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Avropaya enerji ixracını nəzərdə tutan layihədə işlər nə yerdədir? - AÇIQLAMA

735 03.04.2024 20:41 İqtisadiyyat A A

Qara dənizin dibi ilə Azərbaycandan elektrik enerjisini Avropaya nəql edəcək kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırması 2024-cü ildə tamamlanacaq.

Musavat.com xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili parlamentdə çıxışı zamanı deyib:

"Hazırkı mərhələdə layihələndirmə plana uyğun gedir. Artıq bu il bizim tam texniki-iqtisadi əsaslandırmalarımız olacaq. Paralel olaraq, Qara dənizin dibinin geodeziya və geotexniki tədqiqatlarının hazırlanmasına başlanılır”.

Xatırladaq ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. 2023-cü ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini açıqlayıb. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.

Layihənin texniki-iqtisadi əsaslandırılmasını Dünya Bankınınn ayırdığı vəsait hesabına İtaliya şirkəti həyata keçirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR